Homsa dron hücumları; Məsələnin arxasında hansı qruplaşma durur?
Terrorçuların nəzarətində olan bölgələrdən təxminən 100 kilometr uzaqlıqda yerləşən Homs şəhərinə dron hücumları səbəbkarlar haqqında çoxlu suallar yaradıb. İlk dron hücumundan bir neçə saat keçməsinə baxmayaraq, hələ heç bir qruplaşma bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Bu hücumların pərdə arxasında terror qruplaşmalarından daha güclü faktorun olması ilə bağlı fərziyyələr güclənməkdədir!
Oktyabrın 5-də Homs Hərbi Kolleci dronlar hücumunun hədəfi olan Suriya müdafiə nazirinin iştirakı ilə zabit tələbələrinin məzun olma mərasiminə şahid olub və bu zaman azı 89 nəfər şəhid olub, 277 nəfər yaralanıb.
Daha ətraflı: Homs Hərbi Kollecinə dron zərbələri endirilib; 80-dan çox şəhid var!
Hücumun ilk dəqiqələrindən hücum edən dronun növü, Homs şəhəri ilə terrorçuların nəzarəti altında olan ən yaxın ərazi arasındakı məsafə və bir sıra digər məsələlər analitiklərin diqqət mərkəzində olub, çünki görünür Suriyanın şimalında yerləşən terror qruplaşmalarının belə bir dronu istifadə edib və dəqiq vurmaq iqtidarında deyillər.
Terrorçular son aylarda Həma və Latakiya əyalətlərində mülki ərazilərə hücumlar təşkil etsə də, Homsa olan dron hücumları göstərir ki, bu hücumlarda istifadə edilən dronlar əvvəlki dronlarla müqayisədə daha təkmil tipdir.
Araşdırmalara görə, terrorçuların nəzarəti altında olan ərazilərlə onların son aylarda dron hücumlarına məruz qalan ərazilər arasında məsafə 50 kilometrdən az olsa da, Homs şəhəri ən yaxın bölgədən təxminən 100 kilometr uzaqdadır.
48 saatdan az bir müddətdə Homs şəhəri yenidən qərbdən dron hücumlarına məruz qalıb, lakin bu dəfə Suriya Ordusunun hava hücumundan müdafiə sistemləri hücum edən dronları hədəflərinə çatmamış vurub.
Daha ətraflı: Homsa daha bir dron hücumu! + VİDEO
Hələlik bu hücumların arxasında hansı qruplaşmanın olduğu müəyyən edilməyib. Həmçinin, terrorçulardan heç biri bu hücumlara görə məsuliyyəti üzərinə götürməyib, lakin bəzi mənbələr bu dronların Hizbi Türküstani terrorçularının nəzarəti altında olan bölgələrdən olunduğunu iddia edib.
Əhəmiyyətli görünən məqam ondan ibarətdir ki, Homsa ilk dron hücumundan bir neçə saat keçməsinə baxmayaraq, heç bir qruplaşma demək olar ki, bu uğurlu addıma görə məsuliyyəti öz üzərinə götürməyib və bu, terror qruplaşmasının arxasında terror qruplaşmalarından daha güclü faktorun olması ilə bağlı fərziyyələri artırır!
Rəy