Silk Way Airlines Bakı reysləri; İsraildən İraqadək!
İşğal olunmuş Fələstinə fasiləsiz uçuşlar həyata keçirən və tarixçəsində İsrail silahlarının Bakıya daşındığı Azərbaycan Respublikasının Silkway Hava Yollarının təyyarələri son günlər İraqdakı Amerika bazalarında get-gəl edib; Mövzu, bu şirkətin fəaliyyətlərini nəzərə alsaq, çox vacib sayıla biləcək məsələlərdəndir.
Silk Way Airlines 2001-ci ildə yaradılmış IATA ZP kodlu yük aviaşirkətidir. Silk Way Airlines-ın baş ofisi Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir və 20 istiqamətə birbaşa uçuşlar həyata keçirir.
İndiyədək bu şirkətin uçuş istiqamətləri Əfqanıstan, Çin, Honq-Konq, Gürcüstan, Almaniya, İngiltərə, Qazaxıstan, Yaponiya, Türkiyə, İtaliya, Hollandiya, BƏƏ, İraq və işğal olunmuş Fələstin olub.
Silkway Airlines Asiyanın ən böyük nəqliyyat aviaşirkətlərindən biridir və bəzi sənədlərə görə, dünyanın müxtəlif müdafiə nazirlikləri üçün subpodratçı kimi fəaliyyət göstərir.
2017-ci ilin dekabrında İtaliyanın “İl Journale” qəzeti bolqar jurnalistdən sitat gətirərək yazmışdır: “Səudiyyə Ərəbistanı dəfələrlə Bolqarıstandan hər cür silah alıb və onları hava yolu ilə Suriyadakı terrorçu qruplaşmalara, xüsusən də “Cəbhət ən-Nusra”ya göndərib”. Bu xəbərə görə, səudiyyəlilər İraq və Suriyadakı terror qruplaşmalarını Azərbaycan Respublikasına məxsus Silk Way Airlines adlı aviaşirkətin təyyarələri ilə təchiz ediblər.
Bu hesabata əlavə olaraq, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin 2017-ci ildə “Anonymous” qrupu tərəfindən sındırılmış və ifşa edilmiş sənədləri göstərir ki, Azərbaycan hökuməti Silkway Airlines-ın məxfi və diplomatik reyslərindən istifadə edərək qara bazarda silah ticarəti edir. Bu sənədlərdə Səudiyyə Ərəbistanının sifarişi ilə Suriyadakı İŞİD terror qruplaşmalarına silah ötürülməsi ifşa olunub. Azərbaycan, silahların qara bazarında, Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən dəstəklənən terrorçu qruplaşmalara regionda hərbi silahların tranzit mərkəzi rolunu oynayır.
Həmçinin bu şirkətin təyyarələrinin son bir neçə ildə işğal altında olan Fələstinə davamlı uçuşları diqqətləri özünə cəlb edib. İvritdilli KİV-lərin məlumatına görə, son 7 ildə Azərbaycan Respublikasının Silkway Hava Yollarına məxsus ən azı 92 nəqliyyat təyyarəsi işğal olunmuş Fələstinə silah göndərilə və çıxarıla bilən yeganə İsrail hava limanı olan Ovda aviabazasına enib.
Amma maraqlı məqam odur ki, son aylarda Silk Way Airlines şirkətinə məxsus təyyarələr Amerikanın İraqdakı bazalarına gedib-gəlir. Məsələn, 4K-AZ40 reyestrinə malik İlyushin İL-76TD təyyarəsinin uçuş qeydlərinin yoxlanılması göstərir ki, bu təyyarə 2023-cü ilin əvvəlindən Bakıdan Bağdada ən azı 30 dəfə, Ərbildən Bakıya 26 dəfə, Bakıdan Təl-Əvivə və əksinə 1 dəfə uçmuşdur.
İyulun 29-da həmin təyyarə Bağdad hava limanının hərbi hissəsindən (amerikalılara məxsus) havaya qalxdıqdan sonra İraqın Əl-Ənbar vilayətində yerləşən Eyn Əl-Əsəd aviabazasına enib və bir neçə dəqiqə sonra bu bazadan Bakıya yola düşüb. İyulun 30-da da yenidən Bakıdan Bağdada uçub.
Diqqəti cəlb edən məsələlərdən biri də odur ki, Amerika ordusu və digər NATO-ya üzv dövlətlər İraqda silahların və… ötürülməsi üçün lazımi və tələb olunan təyyarələrə malikdilər və hər gün Amerika nəqliyyat təyyarələri qüvvələrin, silah və hərbi texnikaların köçürülməsi üçün İraq üzərində bir sıra uçuşlar həyata keçirir, amma buna baxmayaraq, amerikalılar niyə silah və texnikanın daşınması üçün bu nəqliyyat şirkətindən istifadə etməlidirlər?
Daha çox oxuyun: İraq Hava Müşahidələri, 25 İyul 2023
İraq müqavimətinə yaxın olan bəzi analitiklər hesab edirlər ki, şirkətin fəaliyyətləri israillilərin ehtiyac duyduğu silah və avadanlıqların ötürülməsi üçün bir pərdədir və şirkətin İraqa uçuşlarının bir qismi sionist tərəfin sifarişi ilə həyata keçirilir. Bununla bağlı etibarlı sənədlər dərc edilməsə də, lakin bu aviaşirkətin tarixçəsini və bu şirkətin Bakıdan Bağdada, Ərbilə və əksinə davamlı uçuşlarını, həmçinin amerikalıların İraqda hərəkətinin artması nəzərə alınmaqla, bu aviaşirkətin sionist rejimin hərbi transferlərində vasitəçi rolu danılmazdır. Bu məsələ şübhəsiz ki, yaxın gələcəkdə İraqın təhlükəsizlik sabitliyinə ciddi problem yaradacaq.
Daha çox oxuyun: Amerikalıların İraq və Suriya üzərində şübhəli hava hərəkətləri artıb + FOTO
Rəy