Moləvi Əbdül Həmid: 16 saylı Zahedan Polis Bölməsinə hücum edənlərlə heç bir əlaqəm yoxdur
İranın Sistan və Bəlucistan vilayətinin Zahedan şəhərinin Əhli-sünnə İmam Cüməsi Moləvi Əbdül Həmid İsmailzehi verdiyi açıqlamada Zahedanın 16 saylı polis bölməsində törədilən terror aktının agentləri ilə əlaqəsini təkzib edib. O, açıqlamasında bildirib ki, bu hərəkatın ölçüləri mənim üçün aydın olmasa da və bu hücumun keyfiyyətindən və pərdə arxasında hansı qrup və ya insanların dayanmasından xəbərsiz olsam da, hər hansı növ şiddət, silahlı hücum və hər bir güvənsizliyə səbəb olan addımdan narahatlığımı əvvəlcədən bildirirəm.
Bizim yolumuz cəmiyyətin problemlərini danışıqlar və konstruktiv tənqid yolu ilə davam etdirməkdir və biz ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumağa, haqq-ədalət hüquqlarının düzgün və sülh yolu ilə həllinə önəm veririk.
Daha çox oxuyun:
İranın Zahedan Şəhər Polis Bölməsinə terror hücumu olub + FOTO və VİDEO
Zahedandakı terror hücumunun sonu; Terrorçular öldürülüb
Rəy