Talibanın Pakistanla sərhəddə qarşıdurması; Talibanın Ləşkəre Mənsuri kəşfiyyat komandiri öldürülüb + FOTO
Paktika vilayətinin Angur Ada sərhəd-keçid məntəqəsində Taliban və Pakistan sərhədçiləri arasında baş vermiş sərhəd toqquşması nəticəsində cəbhə komandirlərindən biri də daxil olmaqla 6 Taliban silahlısı və beş pakistanlı əsgər öldürülüb və yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 25-də Paktika vilayətinin Barmal şəhərində yerləşən Angur Ada sərhəd-keçid məntəqəsində Taliban silahlıları ilə Pakistan sərhədçiləri arasında baş vermiş sərhəd toqquşması nəticəsində, Ləşkəre 203 Mənsuri Talibanın kəşfiyyat komandiri Qari Sibğətullah Təkəl də daxil olmaqla altı Taliban silahlısı və beş pakistanlı əsgər öldürülüb və yaralanıb.
Bu, Əfqanıstanda bu qrupun hökumətinin fəaliyyətə başlamasından bəri Taliban və Pakistan sərhədçiləri arasında on ikinci sərhəd münaqişəsidir. Taliban silahlıları ilə pakistanlı sərhədçilər sonuncu dəfə 2023-cü il fevralın 20-də Nənqərhar əyalətinin Mehmənd Dərə rayonunda yerləşən Torxam sərhəd-keçid məntəqəsində bir-biri ilə toqquşmuş, nəticədə bir pakistanlı əsgər yaralanmış və bu sərhəd keçid məntəqəsinin ticarət fəaliyyəti Pakistan tərəfindən bir neçə günlük dayandırılmışdı. Bu hadisələrdən sonra Taliban hakimiyyəti sərhəd nəzarəti ilə bağlı beynəlxalq qanunlara əməl etməyi və özbaşına olan silahlı qüvvələri çıxarmağı hər zaman öhdəsinə götürür, lakin indiyədək sərhəd komandirlərinin yaratdığı gərginliyi tamamilə dayandıra bilməyib.
Daha çox oxuyun: İnfoqrafik: Talibanın Əfqanıstan qonşuları ilə sərhəd münaqişələri
Rəy