Vaqner qüvvələrinin rəhbəri: Rus ordusu bizi namərdcəsinə bombaladı; Biz qisas alacağıq! + FOTO və VİDEO
Rusiya mətbuatı Vaqner qüvvələrinin rəhbərinə istinadən yazıb ki, bu qruplaşmanın qüvvələri Rusiya tərəfindən hücuma məruz qalıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Vaqner qüvvələrinin komandanı Yevgeni Priqojin Rusiya ordusunun bu qüvvələrin Ukraynadakı mövqelərinə və bazalarına hücum edərək onun xeyli sayda qüvvəsini məhv etdiyini iddia edib. O, Rusiya Müdafiə Nazirliyinin rəhbərlərini hədələməklə, bu cinayətlərə görə onlardan qisas alacağına söz verib. Priqojin həmçinin bildirib ki, Ukraynadakı Vaqner bazalarına raket hücumlarının görüntülərini yayımlayacaq.
Bu arada Rusiya Müdafiə Nazirliyi Vaqner qüvvələrinin mövqelərinin bombalanması iddiasını rədd edib və bunu saxta ittiham və media müharibəsi adlandırıb. Həmçinin, Rusiyanın Baş prokuroru Priqojinə qarşı silahlı üsyana çağırış ittihamı ilə iş qaldırıldığını açıqlayıb.
Priqojin daha əvvəl demişdi ki, Müdafiə Nazirliyinin rəhbərləri cəbhələrdə baş verənləri əks etdirməyən hesabatlarla Putini aldadırlar. O, Ukraynadakı müharibəni Sergey Şoyqunun ambisiyaları və Rusiyadakı güc dalınca olan qrupların təxribatı üçün bir hərəkət adlandırıb.
Vaqner qüvvələrinin rəhbəri bəyan edib: “Bu gecə biz Rusiyanı təhqir edən satqınların və cinayətkarların, yəni Müdafiə Nazirini və Ordunun Baş Qərargah rəisi məsələsini həll edəcəyik. Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə dəfn ediləcək. Mən Rusiyanın bütün həqiqi vətənpərvərlərinə deyirəm, küçələrə çıxın, silah tapacaqsınız”.
Rostov şəhərində yerli mənbələrdən alınan görüntülərə görə, bu şəhərin küçələrinə Milli Qvardiyanın və polisin zirehli texnikası yerləşdirilib.
Bununla bağlı Rusiya mənbələri İslam Dünyası Xəbərləri ilə söhbətində belə elan ediblər: “Rusiyada təhlükəsizlik və hökumət qüvvələrinin addımları Rusiyada dövlət obyektlərinə hücum, eləcə də bu qüvvələrin ukraynalı diversantlara qarşı antiterror tədbirləri ilə bağlı icra olunur. Müdafiə Nazirliyi Vaqner və bu qüvvələrin rəhbəri ilə şifahi gərginlikdədir, lakin son təhlükəsizlik tədbirlərinin münaqişə ilə və ya bu qüvvələrin Müdafiə Nazirliyinə qarşı iddia edilən çevrilişi ilə heç bir əlaqəsi yoxdur”.
Rəy