Yevgeni Priqojin - İslam Dünyası Xəbərləri

Bazar 16 İyul 2023 - 14:39

Priqojin işdən çıxarılır; Vaqnerin yeni sədri kimdir?

Rusiya prezidenti Vladimir Putin Rusiya mətbuatına müsahibəsində Vaqnerin şəxsi hərbi şirkətini qeyri-qanuni adlandırıb və bu qrupun yüksək rütbəli üzvlərinin Priqojinin təzyiqi ilə Rusiyada işləmək təklifini rədd etdiyini bildirib.

Şənbə 24 İyun 2023 - 11:15

Rusiya Müdafiə Nazirliyi Vaqner qüvvələrinə müraciət edib: Sizi Priqojin aldadır!

Rusiya Müdafiə Nazirliyi Vaqner qüvvələrinə ünvanladığı mesajda onların Ukrayna cəbhələrinə qayıtmasını tələb edib və yazıb:“Siz Priqojinin kriminal macərasına aldandınız və silahlı üsyanda iştirak etmisiniz. Vaqner qrupunun üzvləri daimi dislokasiya məntəqələrinə qayıtmalarını təmin etmək üçün kömək istədilər. Biz Vaqnerin bəzi qüvvələrinin öz yerləşdirmə məntəqələrinə qayıtmasını təmin etməyə kömək etdik və hər kəsin təhlükəsizliyini təmin edəcəyik. Ehtiyatlı […]

Şənbə 24 İyun 2023 - 10:20

Vaqner qüvvələrinin Rostov şəhərinə daxil olması + FOTO və VİDEO

Vaqner qüvvələri bu dəstənin komandiri Yevgeni Priqojinin əmri ilə Ukrayna cəbhələrini tərk edərək Rusiyanın Rostov və Pavlovsk şəhərlərinə daxil olub. Bu qüvvələr müdafiə naziri və ordunun baş qərargah rəisi onlara təhvil verilməsə, Moskvaya doğru hərəkət edəcəkləri ilə hədələyiblər.

Çərşənbə axşamı 23 May 2023 - 21:55

Zelenskinin qeyrəti Rusiyanın ayağı altında!

Rusiya-NATO müharibəsində ciddi hadisələr baş verir. Son zamanlar Rusiyanın Ukrayna ərazisindəki silah anbarlarına və ciddi önəmli obyektlərə endirdiyi zərbələr Zelenskinin vəziyyətini çox çətinləşdirib. Lakin, bundan da daha böyük bir hadisə baş verib ki, əksər qərb informasiya mənbələri bu məsələni görməzdən gəlməyə çalışır.

Cümə 5 May 2023 - 12:32

Vaqner qüvvələri Baxmutu tərk edir?! + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin video bəyanatında bu qruplaşma qüvvələrinin mayın 10-da Baxmut şəhərindən geri çəkiləcəyini açıqlayıb. Vaqner qüvvələrinə aid hərbi ehtiyacların verilməməsi bu addımın səbəbi kimi qeyd olunur. Bu qüvvələr çıxdıqdan sonra öz mövqelərini Rusiya Müdafiə Nazirliyinin bölmələrinə verəcəklər. Bu bəyanat Rusiyanın Baxmut şəhərini tamamilə nəzarətə götürmək ərəfəsində olduğu bir vaxtda dərc olunur.

Ən Çox Müzakirə Olunan