Pakistanlı mühacirlər Əfqanıstanın şimalındakı kəndlərə hücum edib + VİDEO
Yüzlərlə pakistanlı mühacir Təxar əyalətinin Xacə Bahauddin rayonunda yerləşən Noabad kəndinə hücum edərək bu kəndin evlərini və torpaqlarını qəsb etmək üçün kənd sakinləri ilə toqquşub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, pakistanlı mühacirləri Əfqanıstanın şimalına köçürmək planına uyğun olaraq, “Təhrik-e-Taliban Pakistan”ın (TTP) yüzlərlə üzvü 20 iyun tarixində Təxar vilayətinin Xacə Bahauddin rayonunda yerləşən Noabad kəndinə hücum edib. Bu kəndin sakinləri ilə münaqişədən sonra pakistanlı mühacirlər bəzi kənd əhalisinin evlərini və torpaqlarını qəsb edib, onların bir çoxunu didərgin salıblar.
Noabad kəndinin sakinlərinin hamısı özbəkdir və onlar çəkdikləri video çarxlarda və yerli mediaya müsahibələrində Taliban hökumətinin bu mühacirləri Əfqanıstanın şimal bölgələrinə köçürmək siyasətini tənqid edərək, bu qruplaşmaya nifrət etdiklərini bildiriblər.
Əfqanıstanın şimal bölgələrinin yerli sakinlərinin ev və torpaqlarının pakistanlı mühacirlər tərəfindən qəsb edilməsi Taliban hökumətinin dəstəyi ilə həyata keçirilir. Bu iş, bir tərəfdən puştunlarla qeyri-puştun üzvləri arasında fikir ayrılığına səbəb olur və digər tərəfdən isə onların İŞİD də daxil olmaqla anti-Taliban qruplarına qoşulmasına zəmin yaradır. Həmçinin bu məsələ Əfqanıstanı daha da vətəndaş müharibələrinə və parçalanmağa doğru sövq edəcək və yaxın gələcəkdə Şimali Əfqanıstan və Mərkəzi Asiya ölkələri də terror aktları səhnəsinə çevriləcək.
Rəy