Hərbi Məlumat: Fəttah Hipersəs Raketi
“Fəttah” raketi iyunun 6-da Tehranda keçirilən xüsusi mərasim zamanı nümayiş etdirilən İranın hipersəs raket seriyasının ilk nümunəsidir. Orta fazada 13 maxdan çox, hədəfi vurmazdan öncəki son fazada isə 5 maxdan yüksək sürətə malik, həmçinin hədəfdən 100 kilometr əvvəl manevrlər edə bilən bu raket İranın raket arsenalında böyük inkişaf hesab olunur. Əslində “Fəttah” raketi son dərəcə təkmil olunmuş ballistik raketdir. Bu raket son mərhələ və ya MaRV-da (Maneuverable Reentry Vehicle) müxtəlif manevrlər edə bilir. Bu raketin bütün manevrləri və vurma zamanı hipersəs raketləri kateqoriyasına daxil olması üçün, 5 max və daha çox sürəti saxlamağa çalışılıb.
Əksər ballistik raketlər 5 maxdan yüksək sürətə çata bilir, lakin onlar hipersəs raketləri hesab olmurlar, çünki onlar ballistik trayektoriya ilə hərərkət edir və marşrutu güllə kimi qət edir. Ümumiyyətlə, hava hücumundan müdafiə sistemləri üçün istənilən sürətlə ballistik raketlərin trayektoriyasını asanlıqla ölçmək mümkündür. Lakin son mərhələdəki manevr taktikası, raketlərin təsnifatında əsaslı fərqə səbəb olan mühüm göstəricidir. Hipersəs ballistik raketi 5 maxdan çox sürəti saxlayaraq hədəfi vurmazdan əvvəl manevr edə bilən ballistik raketdir.
Məsələn, Xürrəmşəhr raketi atmosferdən kənarda orta fazada təxminən 16 max, atmosferə daxil olduqda isə təxminən 8 max sürətinə malikdir, lakin o, güllə kimi birbaşa hədəfə dəyir, ona görə də sadəcə ballistik raketdir.
Daha çox oxuyun: Hərbi Məlumat: Xürrəmşəhr-4 (Xeybər) Raketi
“Fəttah” raketi barəsində araşdırmalar, bu raketin Xeybərşekən raketinə çox bənzədiyini göstərir. Quyruq və döyüş başlıqlarındakı qanadların forması bir-birinə çox bənzəyir. Oxşarlıq o qədərdir ki, döyüş başlığının idarəetmə qanadlarının ön enişi də eynidir. Ona görə də “Fəttah” və “Xeybərşekən” raketlərinin diametrinin də eyni olduğu düşünülür.
Daha çox oxuyun:Hərbi Məlumat: Strateji Xeybərşekən Raketi
İki raket arasındakı böyük oxşarlığı və ətraflı yoxlanılmasını nəzərə alsaq, iki raketin eyni diametrdə, 80 sm-ə bərabər olduğunu güman etmək olar. Həmçinin döyüş başlığının uzunluğunun 3,6 metr elan edildiyini nəzərə alsaq, raketin proqram təminatı yoxlanılaraq, ümumi uzunluğu 11,5 metrə bərabər sayıla bilər.
Bu iki raketin digər oxşar cəhəti də mənzildir. Xeybərşekən və Fəttah raketlərinin görünüşü ilə yanaşı, bu iki raketin mənzili də bir-birinə bənzəyir. Xeybərşekən 1450 km, Fəttah isə 1400 km mənzilə malikdir.
Raketin gövdəsi, quyruq və döyüş başlığındakı qanadlar hamısı kompozitdir (karbon lifi). Bədənin rəngi həmçinin radar dalğalarını udmaq üçün istifadə olunur ki, bu da raketin gizliliyini artırmağa kömək edir.
Döyüş başlığı qanadları, raket 30 km hündürlükdən enərək atmosferə daxil olduqda istifadə olunur. Çünki bu, yüksək hündürlükdə döyüş başlığı manevrinə təsir göstərmir. Bu, hədəf yaxınlığında manevr etmək üçün faydalıdır.
Məlum olduğu kimi, Fəttah və Xeybərşekən raketlərinin döyüş başlığının aerodinamik forması eynidir, lakin sonunda mühərrik və yanacaq əlavə olunduğu səbəbi ilə, döyüş başlığının aerodinamikasını qorumaq üçün raket ucunun daha da uzadılmağa çalışılıb.
Qeyd edildiyi kimi, döyüş başlığı itələmə vektorunu dəyişmək imkanı ilə hərəkətə malikdir və bu mühərrikin mövcudluğu döyüş başlığına hədəf yaxınlığında manevr edərkən sürətini 5 maxdan çox sürətlə saxlamağa imkan verir. Döyüş başlığı atmosferə daxil olduqda, hava ilə güclü sürtünmə səbəbindən sürəti xeyli azalır və qanadlarının köməyi ilə ağır manevrlər edərək sürəti yenidən azalır, lakin bu mühərriklə döyüş başlığının sürətini 5 maxdan daha çox sürətə artırmaq mümkündür. Həmçinin, raket mühərrikinin hərəkətli başlığının olması ilə daha ağır manevrlər etmək mümkündür.
Qeyd edək ki, bu mühərrik döyüş başlığı raketdən ayrıldıqda işə salına bilər ki, bu da döyüş başlığının uçuş tavanını artırır və onun mənzilini xeyli artırır.
Növbəti məsələ “Fəttah” raketinin əməliyyat qaydası və onun hipersəs olub-olmamasıdır
Bu raket yerdən 300 kilometr hündürlükdə döyüş başlığı gövdədən ayrılan vaxtdan manevrlər etməyə imkan verən itələmə vektorunu dəyişmək imkanına malik döyüş başlığına malikdir. Belə ki, “Fəttah” raketinin döyüş başlığı gövdədən ayrıldıqdan sonra ballistik raket sistemlərinin səddindən xilas olmaq üçün aşağı uçuş profili və ya trayektoriyası ilə manevrlər edir və uçuş zamanı marşrutunu dəfələrlə dəyişir və ya islah edir. Qeyd edək ki, Fəttahın atmosferdən kənarda çox manevr etməyə ehtiyacı yoxdur; Bu raket, marşrutu düzəltmək üçün adi manevrləri yerinə yetirməklə yanaşı, yolun formasını ballistik vəziyyətindən dəyişmək imkanına malikdir.
Növbəti məqam hədəfi vurmazdan əvvəl 100 km məsafədən manevr etmək imkanıdır ki, bu da onu MaRV ballistik raketləri kateqoriyasına daxil edir. Buna görə də, Fəttah həm atmosferdən kənarda, həm də yer atmosferində və hədəfə yaxın olanda qeyri-ballistik yolla getmək imkanına malikdir.
Ancaq qeyd etmək lazımdır ki, təkcə qeyd olunan imkanlar Fəttahı hipersəs raketi etmir. “Fəttah” raketini hipersəs ballistik raketlər kateqoriyasına salan odur ki, qeyd olunan imkanlara əlavə olaraq raketin hədəfi vurma anındakı sürəti 5 maxdan yüksəkdir. Bu məsələ döyüş başlığının sürətini saxlamaq üçün 50 saniyəlik mühərrikin uçuşun müxtəlif mərhələlərində işləməsi sayəsində mümkün olub. Nəticə etibarı ilə qeyd olunan bütün xüsusiyyətləri ümumiləşdirərək, “Fəttah” raketini hipersəs ballistik raket hesab etmək olar.
Daha çox oxuyun: İranın “Fəttah” hipersəs raketi təqdim olundu + FOTO və VİDEO
Fəttah hipersəs raketinin texniki xüsusiyyətləri:
Uzunluğu: ~ 11,5 metr
Diametri: ~ 80 sm
Çəkisi: 4000 – 4600 kq
Döyüş başlığının uzunluğu: 3,60 metr
Döyüş başlığının çəkisi: ~ 1000 kq
Partlayıcı maddənin çəkisi: ~ 500 kq
Sürəti: 13 maxdan çox
Mənzili: 1400 km (artırıla bilər)
Yanacağı: Quru Tərkibli
Uçuş yolu: ballistik (orta fazadan manevr qabiliyyəti)
İstehsal: İran
Fars, ingilis, rus, ərəb, kürd və ivrit dillərində “Fəttah Hipersəs Ballistik Raketi” posterlər toplusu:
Vacib: “İslam Dünyası Xəbərləri”nin infoqrafikasının digər xəbər agentliklərində və sosial şəbəkələrdə istifadəsi qadağan edilmir. Zəhmət olmasa infoqrafikadan “İslam Dünyası Xəbərləri”nin ünvanını və loqosunu silməyin/kəsməyin.
Rəy