Taliban Əfqanıstanın şimalında əhalinin strukturunu dəyişir! + FOTO

Çərşənbə 14 İyun 2023 - 19:43
https://az.iswnews.com/?p=23019

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın Taliban hökuməti minlərlə “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlısını Əfqanıstanın şimal bölgələrinə köçürmək planını həyata keçirir.

Siyasi xadimlərdən və keçmiş hökumət rəsmilərindən ibarət Əfqanıstanın Qurtuluşu Üçün Milli Müqavimət Şurası iyunun 13-də Türkiyənin İstanbul şəhərində keçirdiyi iclasda minlərlə Təhrik-e-Taliban Pakistan (TTP) silahlısı və onların ailələrinin Əfqanıstanın Taliban hökuməti tərəfindən bu ölkənin şimali əyalətlərinə göndərilməsi ilə bağlı ciddi xəbərdarlıq etdi.

Bu şura, şübhəsiz ki, bu hərəkətin Taliban hökuməti ilə Pakistan hökuməti arasında strateji razılaşma olduğunu və məqsədinin Təhrik-e-Taliban Pakistan qruplaşmasının silahlılarını “immiqrant məskunlaşması” adı altında köçürmək olduğunu söylədi. Həmçinin əlavə etdi: “Əfqanıstanın şimalında və nəticədə Əfqanıstanın şimal bölgələri terrorçular üçün təhlükəsiz yuvaya çevrilir və bu bölgənin əhali strukturu dəyişdirilir”.

Əfqanıstanı xilas etmək üçün Milli Müqavimət Şurası Taliban hökumətinin hərəkətlərini Əfqanıstanı parçalanmağa və fəlakətli nəticələrə aparacaq təhlükəli addım kimi qiymətləndirib. Onlar həmçinin Mərkəzi Asiya ölkələrinə terrorizmin güclənməsinin və proksi müharibənin ixracının qarşısının alınmasını tələb ediblər.

Bundan əvvəl Əhməd Məsud qüvvələrinin sözçüsü Əli Meysəm Nəzəri bu məsələyə toxunaraq, təşkilatının pakistanlı mühacirlərin köçürülməsinə müqavimət göstərdiyini açıqlamışdı.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Cəza Komitəsinin təhlil və monitorinq qrupu son hesabatında Talibanın 1990-cı illərdəki puştun mərkəzli avtokratik siyasətinə qayıdışına, eləcə də hərəkatın terror qrupları o cümlədən, Əl-Qaidə, Özbəkistan İslam Hərəkatı və Şərqi Türküstan İslam Hərəkatı, Tacikistanın Camaat Ənsarullah qruplaşması və Təhrik-e-Taliban Pakistan (TTP) kimi təşkilatlar ilə dərin əlaqələrinə işarə edib.

Bu iddialar, Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahidin yerli media ilə söhbətində pakistanlı mühacirlərin Əfqanıstanın şimalına köçürülməsi xəbərini təsdiq edərkən deyilir. Aydındır ki, bu köçürmə İslamabad hökumətinin tələbi ilə həyata keçirilib və daxili işlər naziri və “Həqqani Şəbəkəsi”nin lideri Siracuddin Həqqani-nin oynadığı rol və onun Əfqanıstanın şimal bölgələrinə ilk səfəri də həmin siyasətə uyğun hesab edilə bilər.

Pakistanlı mühacirlərin Əfqanıstanın şimalına köçürülməsi Pakistana qarşı terror təhdidlərinin azalmasına və Mərkəzi Asiya ölkələrinə qarşı təhdidlərin artmasına səbəb olacaq. Bu məsələ regionun demoqrafik, irqi və dini tərkibinə düzəlməz nəticələr verəcək, uzunmüddətli təsirləri regionun digər ölkələrinə, xüsusən də İran və Rusiyaya təsir edəcək.

Daha çox oxuyun: Mərkəzi Asiya ölkələri Əfqanıstanın şimalında terrorçuların toplanmasından qorxur

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir