Yəməndə İslah Partiyası ilə Cənub Keçid Şurası arasında silahlı qarşıdurma baş verib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyası silahlılarının Yəmənin Şəbvə əyalətində yerləşən Musina bölgəsindəki Cənub Keçid Şurasının nəzarət-buraxılış məntəqəsinə hücumundan sonra hər iki tərəfdən ən azı üç hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.
Əl-Səid rayonunun Musina bölgəsində yerləşən Əl-Qənaə keçid məntəqəsində silahlı şəxslərin Cənub Keçid Şurasının silahlılarına hücumundan sonra cənublulardan iki nəfər həlak olub, üç nəfər yaralanıb.
Yerli mənbələrin məlumatına görə, bu hücum İslah Partiyasının silahlıları tərəfindən həyata keçirilib və partiyanın hərbçilərindən birinin ölümü, ikisinin isə yaralanması ilə nəticələnib. Bu qarşıdurmada 3 hərbi maşın və Əl-Qənaə keçid məntəqəsinin silah ehtiyatları anbarı da məhv edilib.
İslah Partiyası silahlılarının cənubluların Musinadakı mövqelərinə hücumu bu partiyanın Abdulla Əl-Bani adlı cəbhə komandirlərindən birinin Bihan rayonunda Şəbvə Müdafiə Qüvvələrinin (BƏƏ-nin tabeliyində) pusqusunda öldürülməsindən sonra həyata keçirilib. Bu partiya üzvləri sui-qəsd hadisəsindən sonra intiqam alacaqlarına dair söz vermişdilər.
Qeyd edək ki, Şəbvə Müdafiə Qüvvələri və Cənub Keçid Şurası BƏƏ, İslah Partiyası isə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. BƏƏ-nin dəstəklədiyi qüvvələr 2022-ci ilin avqustunda Ətəq şəhərini və Şəbvə əyalətinin əksər ərazilərini nəzarətə götürdükdən sonra bu qruplar arasında hakimiyyət mübarizəsi və gərginlik kəskin şəkildə artdı.
Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ
Rəy