Zelenskinin qeyrəti Rusiyanın ayağı altında!

Çərşənbə axşamı 23 May 2023 - 21:55
https://az.iswnews.com/?p=22177

Rusiya-NATO müharibəsində ciddi hadisələr baş verir. Son zamanlar Rusiyanın Ukrayna ərazisindəki silah anbarlarına və ciddi önəmli obyektlərə endirdiyi zərbələr Zelenskinin vəziyyətini çox çətinləşdirib. Lakin, bundan da daha böyük bir hadisə baş verib ki, əksər qərb informasiya mənbələri bu məsələni görməzdən gəlməyə çalışır.

Baxmut artıq tamamilə Rusiyanın nəzarətinə keçdi. Bəli, o Baxmut ki, Zelenskinin qeyrət və namusu hesab edilirdi. Saysız hesabsız hərbi texnika və yüz minlərlə canlı qüvvə itkisindən sonra, Zelenski geri çəkilməyə məcbur oldu. NATO-nun bölgədəki qalası sayılan Baxmut Ukrayna xalqı tərəfindən hələ uzun illər xatırlanacaq. Elə Rusiya da Baxmut əməliyyatlarını təcrübə kimi hərbi akademiyalarda uzun müddət tədris edəcək.

Bu əməliyyatlar şəhər döyüşlərində bir çox incə məqamların üzə çıxmasına səbəb oldu. Rusiyanın Baxmutda üzləşdiyi əsas problem Sovet ittifaqı zamanı tikilən binalar idi. Belə ki, Ukrayna qüvvələri səngər və istehkam kimi Baxmut binalarında mövqe tutdu. Rusiya artilleriyası hər nə qədər güclü zərbələr endirirdisə, yenə də binalar gizlənmək üçün kifayət qədər əlverişli vəziyyətdə qalırdı. Rusiya bu problemi həll etmək üçün, irihəcmli bombalardan istifadə etmək məcburiyyətində qaldı.

Belə ki, Sovet vaxtından anbarlarda yığılıb qalan ağır bombalara bələdçi dəstləri və üzgəclər quraşdıraraq, bombardmançı təyyarələrin köməyi ilə, 40-100 km məsafədən Ukrayna obyektləri hədəfə alınmağa başlanıldı. Çəkisi yarım tondan başlayan FAB-500 və FAB-1000 kimi bombalardan tutmuş, KAB və UPAB seriyalı çəkisi 5-9 tona çatan ağır bombalara qədər hər cür sursatlardan istifadə, Sovet İttifaqının tikdiyi binaların öhdəsindən gələ bildi. Məhz bu bombaların istifadəsi Vaqnerin işini asanlaşdırdı və cəbhə boyunca ciddi irəliləyişlər özünü göstərməyə başladı. Eyni zamanda bu bombalara yeni idarəetmə cizahlarının quraşdırılması, Ukrayna Hava Hücumundan Müdafiə Sistemlərini də aciz vəziyyətə saldı. Belə ki, Rusiya təyyarələri bu sistemlərdən maksimum uzaq məsafədə uçaraq, ani zərbələr endirir və Hava Hücumundan Müdafiə Sistemlərinin nəzarət zonasından uzaqlaşırdı. Bombalar isə onlara quraşdırılan idarəetmə sistemləri sayəsində hətta 100 km-ə qədər məsafə qət edir və hədəfləri darmadağın edirdi.

Rusiyanın üzləşdiyi ikinci problem, yeni ələ keçirilən ərazilərdə çox sayda meyyidlərin olması idi. Ukrayna qüvvələri həddən artıq ölü sayısına görə, meyyidləri ərazilərdən yığa bilmirdi və ya yığmaq istəmirdi. Belə ki, Vaqner döyüşçüləri yeni ələ keçirilən ərazilərdə yüzlərlə, hətta minlərlə cəsədlərlə üzləşirdi. Bu meyyidlərin bir hissəsi artıq çürüməyə başladığı üçün üfunətə və xəstəliklərin yayılmasına səbəb olurdu. Digər tərəfdən, Ukrayna ordusu cəsədləri daşıyan Vaqner döyüşçülərini hədəfə alırdı. Başqa bir problem isə, cəsədlərə quraşdırılmış minalar idi. Bu tələlər Vaqner döyüşçülərinin itkilərinə səbəb olurdu.

Baxmut əməliyyatları zamanı tez-tez müşahidə edilən digər məqam, Vaqnerin rəhbəri Priqojin ilə, General Gerasimov və ya Sergey Şoyqu arasında yaranan problemlər idi. Əslində bu söz atışmaları düşünülmüş siyasi gediş idi. Belə ki, Ukrayna ordusu bir neçə dəfə geri çəkilərkən, Priqojin cəbhədə sursat çatışmazlığından şikayətlənmişdi. Halbuki, Priqojin şikayətləndiyi günlərdə cəbhə xəttində 15-20 min sursat istifadə edilirdi. Bu rəqəm hətta dünya müharibələri üçün kifayət qədər böyük göstəricidir. NATO Priqojinlə Rusiya ordusu arasında süni yaradılan problemləri fürsət sayaraq, cəbhə xəttinə yeni qüvvələr cəlb edirdi. Bu zaman Rusiya güclü artilleriya hücumları edərək, yeni cəlb olunan qüvvələri məhv edirdi. NATO-nu isə ölən Ukrayna əsgərləri maraqlandırmırdı. Hər halda, ölən döyüşçülər nə Amerika, nə də İngilis əsgərləri deyildi.

Baxmut Zelenski üçün olduqca önəmli idi və hətta, Baxmutu Zelenskinin “qeyrət”-i hesab edənlər də var. Onların nəzərincə desək, artıq Zelenskinin qeyrəti Rusiyanın nəzarətindədir.

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir