Pirəkəşkülün tarixi barədə ətraflı məlumat

Çərşənbə axşamı 16 May 2023 - 21:46
https://az.iswnews.com/?p=21893

Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Pirəkəşkül kəndinin adının mənşəyi çox qədimlərə gedib çıxır. Adın etimologiyası baradə fikirlər demək olar ki, şaxələnmir.

Əsas üzdə olan və qəbul edilən mülahizə ondan ibarətdir ki, yaşayış məntəqəsinin adı bu ərazidə mövcud olmuş pirin adı ilə bağlıdır. Toponimin tərkibindəki ikinci komponent fars dilində, hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından — kəşkül sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar.

Pirəkəşkül sözü də mənbəyini burdan alıb. Əvvəllər müasir kəndin ərazisində bir sıra kəndlər, o cümlədən eyniadlı kəndlər mövcud idi. 1933-cü ildə Pirəkəşkül kənd soveti var idi. Pirəkəşkül Azərbaycan SSR tərkibində hərbi əhəmiyyətə malik ərazi idi. 1988-ci il avqustun 25-nə kimi 22-ci briqadanın nəzarəti Türkmənistan SSR-in tərkibindəki Yolotan şəhərindən Pirəkəşkülə köçürülmüşdü. Lakin 1950-ci illərin sonlarında kəndin əhalisini Sumqayıt şəhərinə köçürüblər.

1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar milli münaqişə zəmnində Ermənistandan deportasiya ediləndə onları yerləşdirmək üçün Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarına əsasən Qobustan qoyunçuluq sovxozunun ərazisindən 300 ailəyə həyatyanı torpaq fondu ayrılıb. Həmin fonddan Ermənistandan deportasiya edilmiş ailələrə fərdi ev tikilərək kənd adı saxlanılmaqla yenidən bərpa olunub.

Kəndin əsası 1991-ci il fevralın 7-də, Pirəkəşkül kənd sovetinin yarandığı gün qoyulmuşdur. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və kəndin daxil olduğu Pirəkəşkül inzibati ərazi dairəsi tərkibində Abşeron rayonunun Pirkəşkül bələdiyyəsi yaradılmışdır.

Hazırda kənd bir-birindən uzaqda yerləşən 3 komponentdən – Pirəkəşkül hərbi şəhərciyi, Çaylı kəndi və Əliqulu-qışlaq kəndlərindən ibarətdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir