İraqdakı Norveç Kəşfiyyat Xidmətinin qərargahında partlayıcı maddə aşkar edilib!

Cümə 5 May 2023 - 23:35
https://az.iswnews.com/?p=21439

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əshabul-Kəhf müqavimət dəstəsi İraqın Bəsrə şəhərində Norveç Kəşfiyyat Xidmətinin qərargahlarından birində partlayıcı maddə və sənədlərin aşkar edildiyini açıqlayıb.

Mayın 4-də Əshabul-Kəhf müqavimət dəstəsi bəyanat dərc edərək, Norveç Kəşfiyyat Xidməti (NİS) ilə əlaqəsi olan bir neçə iraqlının həbs edildiyini açıqlayıb. Bu müqavimət dəstəsinin bəyanatına görə, 12.01.2021-ci il tarixində Norveç Kəşfiyyat Xidmətinə (NIS) aidiyyəti olan bir neçə iraqlı həbs edilib. Həmçinin bu dəstə üzvləri güclü partlayıcı maddələrin əsas mənbələrinə və böyük miqdarda bu materialların məlumatlarını sızdırmaqla, sionist rejim kəşfiyyat xidməti Norveç kəşfiyyatının köməyi ilə onu İraqdan çıxardaraq Suriya və İrana keçirməyə mane olaraq ələ keçiriblər.

Bu bəyanatda Norveç kəşfiyyatının İraqdan başqa ölkələrə və əksinə partlayıcı maddələr daşıdığı və bunu İraqdakı Norveç Xalqının Yardım Təşkilatı pərdəsi altında etdiyi bildirilir. Bu qrup NATO kəşfiyyat orqanlarına xəbərdarlıq edib ki, İraqdan əl çəksinlər, əks halda əllərini kəsəcəklər.

Həmçinin Əshabul-Kəhf müqavimət dəstəsi başqa bir bəyanat yayaraq öz qüvvələrinin İraqın Bəsrə şəhərindəki Norveç Kəşfiyyat Xidmətinin (NİS) sənəd mərkəzinə sızdığını elan edib. Bu müqavimət dəstəsi elan etdi ki, əldə edilən sənədlər Fransa, Almaniya və Norveç kəşfiyyat xidmətlərinin İsrailin İraqdakı məqsədlərinə xidmət etmək üçün əməkdaşlıq etdiyini sübut edir. Həmçinin bildirilib ki, yaxın günlərdə xüsusi xidmət orqanlarının istifadə etdiyi ört-basdırların üstü açılacaq.

Görünən odur ki, İraq müqavimət dəstələri ilə xarici əsgərlər arasında qarşıdurma məsələsi son aylarla müqayisədə daha yüksək səviyyəyə yüksəlib və tərəflər arasında gizli və kəşfiyyat döyüşləri hələ də davam edir. Gərginlik səviyyəsinin artması səbəbindən bu ölkədə İraq müqavimət dəstələrinin xarici əsgərlərə, xüsusən də Amerika qüvvələrinə qarşı hücumlarının artacağı ehtimal edilir.

Daha çox oxuyun: İnfoqrafik: İraq Müqavimət Dəstələri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir