Ədən və Əbyən münaqişələrindən ən son xəbərlər, İdrus Əl-Zubeydinin Ədənə girişi qadağandır!

Çərşənbə 1 Mart 2023 - 23:52
https://az.iswnews.com/?p=19471

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah partiyası Rəşad Əl-Əliminin cənubluları istefa vermiş hökumətin postlarından uzaqlaşdırmaq qərarını dəstəkləyib və Ədəndəki qarşıdurmalara girməyə hazır olduqlarını açıqlayıb.

Cənub Keçid Şurası ilə Yəmənin cənub əyalətlərində Səudiyyə Ərəbistanına tabe olan qüvvələr arasında yaşanan gərginliyin davamında Cənub Keçid Şurası fevralın 22-də öz qüvvələrinin dörd batalyonunu Əhvər rayonundan çağırıb və onları Əbyən əyalətinin şimalında yerləşən Mudiya rayonuna göndərib. Bu qüvvələr Mudiya rayonu ətrafında yerləşdirilib və bu rayonun şərq kəndlərini mühasirəyə almaq üçün fəaliyyətlərə başlayıblar.
Digər tərəfdən, Mudiya qəbilələri fevralın 26-da Vadi Umran bölgəsində irəliləməyə davam edərək bu bölgədə bir neçə nəzarət məntəqəsini ələ keçirdiklərini iddia ediblər.

Yəmənin istefa vermiş hökumətinin Ədəndəki baş naziri Muin Əbdülməlikin özbaşına olaraq Ədəni tərk edərək Misirin paytaxtı Qahirəyə uçmasına cavab olaraq Ədən şəhərində Səudiyyə qüvvələri və Əl-Dər Əl-Vətən (Vətən Müdafiəçisi) silahlıları Muin Əbdülməlikin iqamətgahını bağlayaraq, işçilərin və nazirlərin Əl-Məaşiq sarayına və digər dövlət qurumlarına daxil olmasına mane olub və onlara məhdudiyyətsiz məzuniyyət veriblər. Səudiyyəlilərin bu hərəkətlərinin məqsədlərini Cənub Keçid Şurasının “hakimiyyətdən istefası”, “Səudiyyə tərəfdarlarının Yəmənin cənub əyalətlərindən çıxarılması”, “cənub cəbhələri və bölgələrinin Ənsarullaha təhvil verilməsi” ilə hədələmələrində görmək olar.

Bu işlərə cavab olaraq Kriter bölgəsindəki küçələrə toplaşan cənublular bu əraziyə girişi bağlayıblar. Həmçinin, fevralın 26-da Ədəndə istefa vermiş hökumətin icra hakimi və Cənub Keçid Şurasının üzvü Əhməd Lemelmsi daşıyan maşın karvanı Kriter bölgəsindəki Əl-Fil meydanında naməlum şəxslərin hücumuna məruz qalıb. Ədənin icra hakimi bu sui-qəsd cəhdindən sağ çıxıb və onun yalnız iki mühafizəçisi yaralanıb.

Bu gərginliklə eyni vaxtda, İslah partiyasının Vadi Həzərmutdakı rəhbəri Salah Batis fevralın 26-da verdiyi açıqlamada Cənub Keçid Şurasının üzvlərinin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı Rəşad Əl-Əliminin yeni mövqelərini dəstəklədiyini və İslah partiyası silahlılarını Ədənə göndərməyə hazır olduğunu açıqladı.

Cənub Keçid Şurası və Səudiyyə Ərəbistanı qüvvələrinin silahlı münaqişədən imtina etmələri tərəflərin Yəmənin cənubundakı münaqişədə məğlub olmaqdan qorxduğunu göstərir. 2022-ci ilin sentyabr ayının sonundan bəri Səudiyyə Ərəbistanı Cənub Keçid Şurasının rəhbəri İdrus Əl-Zubeydinin Ədənə daxil olmasına icazə verməyib və cənublular da hərbi bazaları təhvil verməkdən imtina ediblər. Bu halların hər biri münaqişənin başlaması üçün yaxşı bəhanə olub, lakin BƏƏ-nin oynadığı rol və dialoq yolunu açıq saxlaması Yəmənin cənubunda hələ də ciddi münaqişənin qarşısını alıb.

Daha çox oxuyun: Yəmənin cənubundakı qarşıdurmalardan ən son xəbərlər, Murad qəbiləsi silahlıları Ədəndəki qarşıdurmalara qarışdı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir