İraqda baş verən son hadisələr, 7 Fevral 2023

Çərşənbə axşamı 7 Fevral 2023 - 23:53
https://az.iswnews.com/?p=18745

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatı qüvvələri Əl-Ənbar vilayətində keçirdiyi təhlükəsizlik əməliyyatı zamanı İŞİD terror qruplaşmasına məxsus sursat anbarını aşkar edərək məhv edib.

1- Bağdad:

  • Yanvarın 31-də İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci İranın Ədliyyə nazirinin müavini Kazem Qəribabadi və İranın Bağdaddakı səfiri ilə görüşüb. İraqın milli təhlükəsizlik müşaviri vurğulayıb ki, İraq və İranın məqsədləri region ölkələri arasında anlaşma yaratmaqla bölgəni hər cür iğtişaş və gərginlikdən uzaqlaşdırmaqdır.
  • Fevralın 2-də ABŞ prezidenti Co Bayden və İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani arasında telefon danışığı olub. Bu söhbətdə Bayden ABŞ-ın “Bağdad və Vaşinqton arasında strateji saziş”ə sadiqliyini vurğulayıb və baş nazirin İraqın suverenliyini və müstəqilliyini gücləndirmək səylərini yüksək qiymətləndirib. İraqın baş naziri həmçinin Baydenə İraqla bütün sahələrdə əlaqələri gücləndirmək və inkişaf etdirmək öhdəliyinə görə təşəkkür edib və iki ölkənin İŞİD-in daimi məğlubiyyəti üçün birgə öhdəliklərini vurğulayıb.
  • Fevralın 6-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Bağdadda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və müzakirələr aparıb. Bu görüşdə iki ölkə arasında terrorizm və ekstremizmlə mübarizə sahəsində informasiya koordinasiyasının gücləndirilməsi və davam etdirilməsi vurğulanıb.

2- Neynəva:
Fevralın 1-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 20 “Qrad” raketi ilə hədəfə alınıb. “Əhrar Əl-İraq” İslami müqavimət dəstəsi bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Daha çox oxuyun: Türkiyə ordusunun İraqın Neynəva vilayətindəki bazasına raket hücumu olub + FOTO

3- Kərkük:
Fevralın 4-də İraqın Birgə Əməliyyatlar Qərargahının komandir müavini Qeys Xələf Əl-Məhəmmədavinin başçılığı ilə yüksək səviyyəli təhlükəsizlik heyəti Kərkükə səfər edib.

4- Əl-Müsənna:
Fevralın 6-da Səmavə şəhərində Amerika hərbi logistika karvanı “Beynəlxalq Müqavimət” dəstəsi üzvləri tərəfindən hücuma məruz qalıb.

Daha çox oxuyun: İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub

5- Əl-Ənbar:
Fevralın 5-də Həşd-Şəəbi qüvvələri Əl-Ənbar vilayətində təhlükəsizlik əməliyyatı nəticəsində İŞİD terror qruplaşmasına məxsus sursat anbarını aşkar edərək məhv ediblər.

6- Fevralın 1-də Kürdüstan Bölgəsi Prezidenti Nəçirəvan Barizani ABŞ-ın Ərbildəki baş konsulu Ervin Hiks və İngiltərənin İraqdakı səfiri Mark Bryson Richardson ilə ayrı-ayrılıqda görüşdü. Amerikanın Ərbildəki baş konsulu və İngiltərənin İraqdakı səfiri Kürdüstan Bölgəsinin prezidenti ilə görüşündə Kürdüstan Demokratik Partiyası ilə Kürdüstan Vətənpərvərlər Birliyi arasında dialoqu alqışlayıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir