Taliban üçün hansı daha önəmlidir? Amerika yoxsa qonşuları?!

Seyid Əhməd Musəvi Mübəlliğ
Yazar:Seyid Əhməd Musəvi Mübəlliğ
Çərşənbə axşamı 15 Noyabr 2022 - 02:37
https://az.iswnews.com/?p=15475

Hindistan və Rusiyanın xarici işlər nazirləri görüşdə Talibanın bu ölkələr qarşısında öhdəliklərini yerinə yetirmədiyini bildiriblər. Bəlkə də cavabı tapılası ən vacib sual budur ki, Taliban ABŞ-dan başqa kiməsə öhdəlik veribmi?

Qətərin paytaxtı olan Dohada ABŞ və Taliban arasında rəsmi müqavilə imzalanıb.
Həmin razılaşmaya əsasən, ABŞ Talibana milyardlarla dollarlıq qabaqcıl hərbi texnika ilə birlikdə Əfqanıstanın torpağını təhvil verib və bundan sonra Talibana hər həftə böyük məbləğdə nağd pul (indiyə qədər təxminən iki milyard dollar nağd pul) göndərir və kəşfiyyat baxımından bu qrupla, xüsusən də müxalifəti sıxışdırmaq sahəsində geniş əməkdaşlıq edir.

Digər tərəfdən, Taliban Əfqanıstanda və regionda ABŞ-ın bütün maraqlarını təmin edəcəyini və Birləşmiş Ştatların maraqlarına zidd olan hər hansı hərəkətdən çəkinəcəyini öhdəsinə götürüb. Bu öhdəlik Rusiya, İran və Hindistan kimi qonşu ölkələrlə regional əməkdaşlığı da əhatə edir.

Aydın olan odur ki, bu ana qədər həm Taliban, həm də ABŞ bir-birləri qarşısında götürdükləri öhdəlikləri yerinə yetiriblər.

İndi qonşular desinlər ki, Taliban qonşular qarşısında konkret hansı öhdəlikləri üzərinə götürüb və hansı sənəd əsasında bu öhdəliklərin yerinə yetirilməsinə zəmanət verilib?

Bir neçə yerli Taliban komandirinin bəzi ölkələrə şifahi vədlər verməsi qətiyyən Qətərdə ABŞ və Taliban arasında imzalanan razılaşma qədər ciddi qəbul edilmir.

Həmçinin soruşulmalıdır ki, qonşu ölkələr ABŞ-ın Taliban üçün göstərdiyi xidmətlərlə (coğrafiya+silah+pul+siyasi və kəşfiyyat dəstəyi) bu qrupa dəstək verə bilirlərmi ki, seçim tərəzisinin çəkisi onlara tərəf olsun və Amerika deyil?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir