Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı Taliban hökumətinin legitimliyini tanımadı!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qətnamə çıxararaq Talibanın Əfqanıstanda legitim hökumət kimi tanınmamasını təsdiqləyib.
Noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Almaniyanın təklif etdiyi qətnamə ilə Taliban qruplaşmasının Əfqanıstanın qanuni hökuməti kimi tanınmasını rədd edib. Bu qətnamə İran da daxil olmaqla 116 ölkənin mübət rəyi, Rusiya, Çin, Pakistan, Şimali Koreya, Belarus, Nikaraqua, Burundi, Qvineya, Efiopiya və Zimbabve də daxil olmaqla bitərəf qalan 10 ölkə tərəfindən təsdiqlənib.
Əfqanıstanın BMT-dəki nümayəndəsi Nəsir Əhməd Faiq bu iclasda Əfqanıstandakı son vəziyyətə dair hesabat təqdim edərək deyib: “Talibanın Əfqanıstana nəzarəti bu ölkədə son iyirmi ildə əldə olunan nailiyyətləri məhv edib”.
O, Əfqanıstanda Talibanın kölgəsi altında dinc əhaliyə, azlıqda olan siqhizmə, sufilərə, şiələrə, həmçinin keçmiş əsgərlərin səhra məhkəməsinə, hüquq müdafiəçilərinə, Taliban siyasətinə etiraz edənlərə və məcburi köçlərə qarşı terror hücumlarının baş verməsindən narahatlığını ifadə və daha sonra əlavə edib: “İndi Əfqanıstanda 24,4 milyon insanın humanitar yardıma ehtiyacı var və Əfqanıstandan narkotik qaçaqmalçılığının həcmi 32 faiz artıb”.
Bu görüşdə İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani İranın Əfqanıstanla bağlı mövqeyini ifadə edərək, dinc əhaliyə, təhsil mərkəzlərinə, diplomatik mərkəzlərə, dini və etnik azlıqlara qarşı terror hücumlarını pisləyib və deyib: “Əfqanıstan kimi çox milliyətli, çox partiyalı və qruplu, bir cəmiyyətdə heç vaxt bir qrup və ya partiya təkbaşına ölkəyə nəzarət edə bilməyəcək. Dünya əmin olmalıdır ki, Əfqanıstan İŞİD, Əl-Qaidə və əlaqəli qruplaşmalar kimi terror qruplaşmaları üçün sığınacaq olmayacaq. Bu ölkənin gələcəyi konstitusiyanın həyata keçirilməsindən və bütün etnik qrupların, dinlərin və qadınların iştirakı və hüquqlarına hörmət edilməsi öhdəliyindən asılıdır və konstitusiyaya əsaslanan inklüziv hökumətin qurulmasının təmin edilməsi, Əfqanıstanın gələcək hökumətinin tanınmasının əsas amilidir”.
BMT Baş Assambleyasında Rusiya, Çin və Pakistan nümayəndələri də bu qətnamənin əleyhinə səs verərək, dünyanın Talibanla daha çox qarşılıqlı əlaqədə olmasına çağırıblar.
Bu, Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təklif edilən ilk qətnamədir və insan hüquqlarına hörmət edilməməsi, qadın və qızların hüquqlarının pozulması, təhlükəsizliyin olmaması və terrorizm artması, narkotiklərlə mübarizə olunmaması və s. səbəblərə görə Talibanın legitimliyi tanınmadı.
Rəy