Orta Asiyada Şərq və Qərb dövlətləri arasındaki münaqişənin nəticələri barəsində araşdırma

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Çərşənbə 13 İyul 2022 - 12:05
https://az.iswnews.com/?p=10204

Qazaxıstanda soyuq etirazların davam etməsi, Əfqanıstanda iqtisadi və təhlükəsizlik böhranı, Tacikistanın Bədəxşan vilayətində xalq etirazlarının yatırılması, Qaraqalpaqıstan muxtar vilayətinin etirazları və Mərkəzi Asiya regionu ölkələrinə hərbi yardım göndərilməsinin yüksək həcmi qərb və şərq güclərinin bu regiona diqqət və rəqabətindən xəbər verir.

Son bir il ərzində Mərkəzi Asiya küçə etirazlarından tutmuş müxtəlif səviyyələrdəki hərbi münaqişələrə qədər müxtəlif böhranlara məruz qalmışdır. Həmçinin Mərkəzi Asiya regionunda müxtəlif ölkələrin siyasi və hərbi rəsmilərinin, xüsusən də amerikalıların bu bölgədəki hərəkətliliyi bu vəziyyətin əhəmiyyətini artırıb. Bu bölgənin böhranlarını aşağıdakı kimi qiymətləndirmək olar:

1- Əfqanıstan böhranı və Amerikanın Mərkəzi Asiyaya daha çox təsir etmək cəhdi:

Əfqanıstanda Talibanın hakimiyyətə gəlişindən və həmçinin Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasından bir il keçdikdən sonra regionda böyük təhlükəsizlik boşluğu yarandı və Mərkəzi Asiya ölkələrinin əksəriyyəti məhdud da olsa, Talibanla əlaqələrə başladı. Amma bu arada Tacikistan açıq şəkildə Əhməd Məsud qüvvələrini dəstəkləyib və Taliban hökuməti ilə ümumi əlaqəni rədd etdi və bu məsələ ABŞ-la sıx münasibətdən irəli gəlir. Ümumiyyətlə, amerikalıların Tacikistanla isti münasibətdə məqsədi Mərkəzi Asiya regionunda mövcud olmaqda davam etməkdir ki, ilk növbədə Rusiya, Çin və İrana arxa planda nüfuz edə bilsinlər və həmçinin Əfqanıstan hadisələrinin gedişatında yer almağa davam etsinlər. Amerika bazanın tikintisi və bu işin əvvəlində bir sıra başqa məsələlərlə bağlı Pakistanın mənfi cavabı ilə məğlub oldu lakin indi HUMINT siyasəti (yerli mənbələrdən istifadə etməklə məlumat toplamaq), qeyri-hökumət təşkilatlarına (QHT-lərə) dəstək, həmçinin təlim, hərbi və təhlükəsizlik yardımı ilə Tacikistanda təsirini artırıb. Putinin bu yaxınlarda Tacikistana səfərinin səbəblərindən biri də Amerika hərəkətliliyinin artması ilə bağlı narahatlıq olub. (Bir aydan az müddətdə üç yüksək rütbəli amerikalı məmur, Donald Lou, Tom Vest və general Maykıl Kurila Tacikistana səfər etmişdi.)

İŞİD və naməlum şəxslərin Əfqanıstandan Tacikistana, Özbəkistana və Türkmənistana raket hücumları da son bir neçə ayda baş verən digər hadisələr arasındadır və bu məsələnin təfərrüatları gizli qalmağa davam etdikcə təhlil oluna bilməz.

2- Tacikistanın Bədəxşan bölgəsində xalq etirazlarının yatırılması:

2012-ci ildən Tacikistanın dağlıq Bədəxşan Muxtar Vilayəti xalq etirazlarının və İmaməli Rəhman hökumətinin sərt repressiyalarının mənbəyi olub. Bu məsələ 2021-ci ilin noyabrından bu yana dahada intensivləşib və onun pik nöqtəsini bu regionun məşhur liderlərindən olan “Şəhid Məhəmməd Baqir Məhəmməd Baqirov”un qətlində görmək olar. Həmçinin, digər yerli liderlərin də oxşar aqibəti olub və ya həbs ediliblər.

Son yerli məlumatlarına görə, Tacikistan hökuməti vahid və zor gücü ilə idarə olunan hakimiyyətini bütün Tacikistanda tətbiq etmək üçün Bədəxşandakı xalq qruplarını sıxışdırmağa çalışır. Rusiyanın Ukrayna ilə müharibəsindən, İran, Rusiya və Özbəkistana eyni vaxtda regional səfərlərdən istifadə edən Rəhman, Bədəxşanda etnik təmizləmə əməliyyatlarını heç bir təzyiq olmadan başa çatdıra bildi. Qeyd edək ki, bu gərginlikdən sonra Bədəxşanlı gənc mübarizlər ya fəraridirlər, ya da dağlarda gizləniblər. Xaruq şəhəri və Bədəxşan vilayətinin digər şəhərləri üzərində qapalı və məhdud mühit hökm sürür.

3- Özbəkistan və Qaraqalpaqıstan böhranı:

Sovetlər İttifaqı dövründə Qaraqalpaqıstan bölgəsi əvvəlcə Qazaxıstanın, sonra Qırğızıstanın tərkibində olmuş, daha sonra isə muxtar respublika statusuu almış və nəhayət, Özbəkistan Sovet Respublikasının tərkibinə verilmişdir. 1990-cı ildə Qaraqalpaqıstanın suverenliyi haqqında bəyannamə təsdiq olundu, 1993-cü ilin əvvəlində isə hökumətlərarası saziş imzalandı və bu müqaviləyə əsasən Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibinə daxil oldu. Qaraqalpaqlar hesab edir ki, onların ölkəsi muxtar rayon yox, əksinə Özbəkistanda müstəqil bir ölkədir.

Qaraqalpaqıstan parlamental respublikadır, dövlət bayrağı, rəsmi gerbi, konstitusiyası və dövlət himni var və Özbəkistan ərazisinin 37,1%-ni əhatə edir. Bu region zəngin neft, qaz və qızıl və ehtiyatlarına malikdir və əhalisi 2 milyona yaxındır ki, bu da 35,3 milyon özbək əhalisi ilə müqayisədə azlıq təşkil edir.

Daşkənd hökumətinin konstitusiya dəyişikliyini təsdiq etməyə hazırlaşdığını elan etdikdən sonra ki bununla da Qaraqalpaqların öz bölgələri üzərində suverenliyi ləğv ediləcəkdi respublikada separatizm meylləri dahada gücləndi. İyulun 15-də Qaraqalpaqların lideri “Davaltmurad Tacimuradov” bu məsələ ilə bağlı dinc mitinq keçirməyi planlaşdırsa da, onun videozəngindən sonra vəziyyət gərginləşdi. Bundan sonra bütün Nokos şəhərinə (Qaraqalpaqıstanın paytaxtı) hərbi texnika və anti-üsyan qüvvələri yerləşdirildi və Tacimuradov həbs edildi. Təbii ki, Özbəkistan hökuməti konstitusiyaya dəyişiklik etməkdən geri çəkildi və vəziyyət sakitləşdi. Son on ildə Qaraqalpaqıstan Respublikasının vəziyyəti xarici medianın Özbəkistanla bağlı ən çox danışılan mövzusuna çevrilib.

Daşkənd hakimiyyət orqanları 2003-cü ildən bəri Qaraqalpaqıstanın muxtariyyət müqaviləsini Qarqalpaqıstan xalqının səsverməsi və seçkiləri olmadan yeniləməyib və əcnəbi medianın təbliğatı bu etirazların başlamasına səbəb oldu.

4- Qazaxıstan etirazları:

Bu etirazları alovlandıran yanacağın qiymətinin artması idi, lakin etirazçıların tələbləri indi dəyişib və onlar daha geniş məsələləri həll etmək istəyirlər. Qazaxıstan prezidenti Qasim Cumart Takayev iddia edir ki, bu etirazlar Qazaxıstandan kənarda təlim keçmiş “terror qrupları”nın işidir. Bununla belə, Çatam Has xarici əlaqələr analitik mərkəzinin Mərkəzi Asiya üzrə eksperti Keyt Malinson deyir ki, bu etirazlar “hökumətin ölkəni modernləşdirmə və islahatlar aparmaması nəticəsində yaranan dərin və qaynayan qəzəb və ikrahın əlamətidirki cəmiyyətin bütün səviyyələrində insanların həyatına təsir göstərə bilər.” Qazaxıstan prezidenti bütün ölkədə baş verən bu etirazlardan sonra fövqəladə vəziyyət elan edib və etirazçılarla sərt davranacağını vəd edib. O, etirazların ilk saatlarında televiziya ilə çıxışında, ölkəsində sabitliyin bərqərar olması üçün “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan kömək istədiyini bildirib. Tokayev 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Qazaxıstanın ikinci lideridir. Tokayevin 2019-cu ildə seçilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən seçkilərdə demokratik meyarlara əməl edilməməsi bəhanəsi ilə pislənilib. Etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi qüvvələrinin Qazaxıstanda olması bu etirazların diqqət çəkən məqamlarından biri olub. Etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Qüvvələrinin ölkəyə daxil olmasını təklif edənlərdən biri də Tacikistan prezidenti İmaməli Rəhman idi.

5- Dünya dövlətlərinin Mərkəzi Asiya regionu ölkələrinə hərbi yardımı:

Son bir neçə ay ərzində region ölkələrinə əhəmiyyətli hərbi yardımlar edilib ki, bununda böyük hissəsi Tacikistana yönəlib. İran Silahlı Qüvvələri Baş Qərargahının komandanı general-mayor Baqirinin iştirakı ilə Tacikistanda “Əbabil 2” PUA-nın istehsal xəttinin yaradılması, Sentkom rəhbərinin Tacikistana səfəri və Tacikistanın təhlükəsizliyinə 60 milyon ABŞ dolları yardımının elan edilməsi (Puma pilotsuz uçan aparatının verilməsi, Tacikistanın Tus şəhərində Çaldavar sərhəd postunun tikintisi, tacik hərbçilərinə mühafizəçilərin hazırlanması və dağ döyüşləri təlimi və həmçinin Tacikistana xüsusi sərhəd avadanlıqlarının verilməsi), Tacikistan ordusunun Çin silahları ilə təchiz edilməsi, Rusiyanın Tacikistan sərhədçilərini təchiz etmək vədi, Türkiyə Briqadir dronlarının Qırğızıstana satılmasıda bunların tərkib hissəsi olub.

Bu hadisələrə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Mərkəzi Asiya dünya güclərinin görüş yeri və təsir məkanı kimi hər zaman maraq kəsb edib və gələcəkdədə mühüm hadisələrin məkanı olacaq. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarusun Müstəqillik Günü mərasimində qeyd etdiyi kimi, Mərkəzi Asiya Şərqi Avropa kimi iki cəbhə arasında yerləşir və qlobal qütblərin toqquşduğu məkandır. Amma bu gün Ukrayna və Belarusiyanın əsas məsələsi taxıl və buğda ixracı və s. deyil. Əksinə, əsas məsələ beynəlxalq arenada dünyanın birqütblü quruluşuna meydan oxuyan yeni, güclü oyunçuların meydana çıxmasıdır. Etirazlar və rəngli inqilablar, Amerika və Çinin nüfuzunun artması və müqabilində Rusiyanın Mərkəzi Asiyada təsirinin azalması, İranın mümkün rolu və s. gələcəkdə daha çox eşidəcəyimiz məsələlərdəndir.

Orijinal ölçüdə baxmaq üçün klikləyin

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir