Əfqanıstandan Özbəkistana ikinci raket hücumu + video və şəkillər

Çərşənbə 6 İyul 2022 - 22:47
https://az.iswnews.com/?p=9953

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum şəxslər Əfqanıstan ərazisindən Özbəkistanın cənubunda yerləşən sərhədyanı Termez şəhərinə yeddi raketlə hücum ediblər.

İyulun 6-da naməlum silahlı şəxslər 107 mm-lik 7 raketdən istifadə etməklə Özbəkistanın cənubunda yerləşən sərhəd şəhəri Termezin ərazilərinə hücum ediblər. Bu hücum bir neçə yaşayış binasının dağılmasına səbəb olub və heç bir itki ilə nəticələnməyib. Əfqanıstandakı yerli mənbələrin açıqlamalarına görə, hücumun mənbəyi Bəlx vilayətinin şimalında yerləşən Şurtəpədəki Toqeyi kəndi olub.

Özbəkistan Xarici İşlər Nazirliyi Termez şəhərinə raket hücumunu təsdiqləyən bəyanat yayıb, lakin yerli Taliban rəsmiləri Əfqanıstandan Özbəkistana raket hücumu edildiyini təkzib ediblər. Bu hücumdan sonra Özbəkistan sərhəd rəsmiləri Taliban rəsmiləri ilə danışmaq və bu cür hücumların qarşısını almaq üçün Əfqanıstanın Heyreytan sərhəd keçid məntəqəsinə daxil olublar.

Bu, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Özbəkistana ikinci raket hücumudur. Əvvəlki hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü, lakin hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Daha çox oxuyun: İŞİD-in Özbəkistan sərhəd postuna raket hücumu + video

Özbəkistan ərazisinə doğru atılan raketləri daşıyan maşının görüntüləri

Video: Özbəkistanın Termez şəhəri istiqamətində bir və ya bir neçə raketin atıldığı yer

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir