Yəməndə baş verən son hadisələr, 8 Fevral 2022

Çərşənbə axşamı 8 Fevral 2022 - 21:10
https://az.iswnews.com/?p=984

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Səudiyyə koalisiya qüvvələrinin Səədənin şimalında və Əl-Cəvf səhrasında son hücumlarını dəf edib və qarşısını alıb.

1- Həccə:

  • Hərəz şəhərinin cənub və qərb ətraflarında Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurmalar davam edir.
  • Səudiyyə koalisiya qüvvələri Hərəz şəhərinin şərqindəki Əl-Məhsam bazasından geri çəkilib.

2- Səədə:

  • Ənsarullahın Əl-Əcaşir səhrasında Səudiyyə koalisiya qüvvələrinə qarşı pusqu qurması nəticəsində 5 hərbi maşın və zirehli texnika sıradan çıxarılıb, Mənsur Hadinin xeyli sayda əsgəri həlak olub və yaralanıb.
  • Ənsarullah Səudiyyə koalisiya qüvvələrinin Əl-Şorfə sərhəd bölgəsinə hücumunun qarşısını alıb.
  • Son 48 saat ərzində Səudiyyə koalisiyasının artilleriyasının Manbeh şəhərinə hücumu nəticəsində 1 nəfər şəhid, 4 nəfər, o cümlədən afrikalı mühacir yaralanıb.
Video: Ənsarullah Mühəndislik Bölməsi Əl-Covfun şimalında və Səədənin şərqində səhralarda Səudiyyə hərbi maşınlarını pusquya salır

3- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində Ənsarullahın bölgələrini 52 dəfə bombalayıb.
Bu hücumlara aşağıdakılar daxildir: Həccə əyalətində 22 dəfə Hərəz şəhəri, 5 dəfə Mədğəl, 3 dəfə Əl-Cəvbə şəhəri, 2 dəfə Məczər, 2 dəfə Mərib əyalətində Sarvah şəhəri, Əl-Cəvf vilayətində 6 dəfə Xubb və Əl-Şəəf şəhəri və bir dəfə Həzm şəhəri, Səna vilayətində 4 dəfə Əl-Səbiin şəhəri, 2 dəfə Nehem şəhəri, 4 dəfə Bəni Həşiş şəhəri, bir dəfə Səədə vilayətində Kətaf şəhəri.

4- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində əyalətdə 271 dəfə atəşkəsi pozub.

5- Yəmənin xilasetmə hökumətinin əsirlərlə iş üzrə komitəsinin rəhbəri “Əbdül Qadir Mürtəza” yerli ağsaqqalların vasitəçiliyi müqabilində on Ənsarullah məhbusunun azadlığa buraxıldığını elan etdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir