Rusiya ordusu mühüm Lısiçansk şəhərinə daxil oldu+ XƏRİTƏ

Şənbə 2 İyul 2022 - 20:01
https://az.iswnews.com/?p=9822

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son 48 saat ərzində Rusiya ordusu və Luqansk qüvvələri Luqansk vilayətində irəliləyərək yeni ərazilərin nəzarətini ələ keçirərək mühüm Lısiçansk şəhərinə daxil olublar.

Rusiya ordusu Lısiçanskın cənubunda, Vauchoyaryuka bölgəsini nəzarətə götürüb və Lısiçansk neft emalı zavodunu tamamilə ələ keçirdikdən sonra irəliləmə Beloqoryukanın cənubuna davam edib. Həmçinin jelatin və plastik fabrikləri Rusiyanın nəzarətinə keçib. Beləliklə əldə edilən irəliləyişlərə görə Lısiçansk şəhərində qalan Ukrayna qüvvələri praktiki olaraq mühasirəyə oxşar bir vəziyyət də qalıblar.

Lısiçanskın şimalında rus qoşunları Priuliya, Şipilyuka və Novadroqeski təmizləməyə müvəffəq olublar və şimaldan Lısiçansk şəhərinə daxil olublar ki, Ukrayna qüvvələri bu şəhərdən geri çəkilmək üçün daha çox təzyiq altında olsunlar. Luqansk qüvvələrinin (LXR) yaydığı videoya əsasən, şəhərin Klosak uşaq evinə qədər olan şimal əraziləri Rusiyanın nəzarətindədir.

Lısiçanskdakı Klosak uşaq evi

Hazırda rus qoşunları Biloquriyka və Maloryazantse cəbhəsindəki iki əsas nöqtədən Lısiçanskın mühasirəsini başa çatdırmağa çalışır. Ukrayna qüvvələrinin əksəriyyətinin Lısiçansk şəhərindən geri çəkildiyi görünsə də, Maloryazantsoedəki Ukrayna qüvvələri Lısiçanskdan qalan qüvvələrin çıxarılması başa çatana qədər bu ərazidə qalacaqlar.

Lısiçanskın mühasirəsini tamamlamaq üçün Rusiyanın əsas hərəkət etdiyi cəbhələr

Əvvəlki xəbərlərdə dediyimiz kimi, “Severodonetsk şəhərinin Rusiya tərəfindən nəzarətə götürülməsi ilə Ukrayna qüvvələrinin Luqansk vilayətində qalan əraziləri saxlamaq üçün ruhi və motivasiyası praktiki olaraq məhv ediləcək və yəqin ki, daha sürətli məğlubiyyətlərin və Baxmut-Slavyansk-Kramatorsk xəttlərində erkən geri çəkilmələrin şahidi olacağıq”.
Rusiyanın bu həftəki irəliləyişləri də eyni nöqtəni bildirir. Severodonetsk alındıqdan sonra bu bölgədəki Ukrayna qüvvələrinin gedişatı darmadağın edildi və ardınca bir çox başqa bölgələr də Rusiya tərəfindən nəzarətə götürüldü. Buna görə də yaxın bir neçə gün ərzində Lısiçansk şəhərinin Rusiya və müttəfiqləri tərəfindən nəzarətə götürüləcəyi, Ukrayna hökumətinin isə Luqansk vilayətinə nəzarəti tamamilə itirəcəyi gözlənilir.

Onlayn xəritəyə baxın

Daha çox oxuyun:
Nəhayət, Severodonetsk şəhəri Rusiyanın nəzarətinə keçdi!
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz İyirmi Doqquzuncu Günü, 2 İyul 2022
99 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir