Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz İyirmi Doqquzuncu Günü, 2 İyul 2022

Şənbə 2 İyul 2022 - 18:19
https://az.iswnews.com/?p=9800

– Rusiya İlan adasından geri çəkildi!
“Maxar” şirkətinin Rusiya qüvvələrinin İlan adasından çıxmalarını əks etdirən peyk görüntülərinin yayılmasından sonra Rusiya mediası bu ölkə ordusunun bu adadan hərbi hissəsinin çıxarılmasını təsdiqləyib. Həmçinin Rusiya qırıcıları tərəfindən bu adadan binaların və daşınmayan texnikanın bombalanmasının videosu yayımlanıb.
İlan adası və ya Zmiinyi adası, 26 fevral 2022-ci ildə rus ordusu tərəfindən nəzarətə götürülmüş Odessa vilayətinin cənub sahilindən 35 kilometr məsafədə, Qara dənizin şimalında kiçik, lakin əhəmiyyətli bir adadır. Bu 150 gün ərzində İlan adası Ukrayna qüvvələrinin ruslara qarşı hücum hədəflərindən biri olub və Rusiyaya itkilər verib. Ağır itkilər və çətin və bahalı dəstək, rus komandirlərini İlan adasından geri çəkilməyin onu saxlamaqdan daha sərfəli olduğu qənaətinə gətirib. Bu geri çəkilmə modeli Şimali Ukrayna cəbhəsində də baş verdi və əlverişli hərbi şəraitə baxmayaraq, Rusiya ordusu daha çox itki verməmək və digər cəbhələri gücləndirmək üçün Şimali Ukraynadan geri çəkilmişdir.
İlan adasının onlayn xəritədə yeri

– Ukraynadakı müharibə zamanı Rusiya ordusunun itkiləri və ziyanları haqqında Ukrayna mediasının statistikası (tarix: 24 fevral – 2 iyul 2022):
35870-dən çox rusiyalı hərbçi öldürülüb və yaralanıb.
1582 tank, 3737 hərbi maşın, 800 top, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 2614 ağır texnika və yanacaq tankeri, 15 yüngül sürətli qayıq və hərbi gəmi, 653 dron məhv edilib.

– Rusiya ordusunun qüvvələri Ukrayna ordusunun Severski Donets çayı üzərində inşa etdiyi ponton körpüsünü (üzən körpü) dron köməyi ilə artilleriya atəşindən istifadə edərək dağıdıb.
Bu hücum Xarkov vilayətində yerləşən Çapil oxunun ön xəttində olan ukraynalı əsgərlərə dəstək prosesini pozmaq məqsədi ilə həyata keçirilib.
Onlayn xəritədə ponton körpüsünün yerləşdiyi yerə baxın

– Ukrayna ordusu ABŞ-ın hədiyyə etdiyi M777 haubitsalarından istifadə edərək, Xerson vilayətində yerləşən Arxanelske oxundakı Rusiya hərbi texnikasının və qoşunlarının yerləşdiyi məntəqəsinə hücum edib. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.
Onlayn xəritədə rus qoşunlarının yerləşdiyi yerə baxın

– Ukraynalılar Belarusla qarşılaşmağa hazırlaşır!
Lvov meri “Andrey Sadov” bu gün səhər saatlarında Belarusun Lvov vilayətinə hərbi hücumla bağlı təhdid etməsi ilə əlaqədar təcili iclas keçirib.
Bu görüşdə Lvov vilayətinin hər bir bölgəsində müdafiə qərargahlarının yaradılması qərara alınıb. Bu qərargahlara könüllülərin hərbi hazırlığı ilə yanaşı, mühüm məhsulların (dərman və ərzaq) saxlanması üçün yer formalaşdırmaq da təyin edilib. Sadovın bəyanatına görə, dövlət orqanlarının əməkdaşları “könüllü ehtiyat batalyonları” yaratmaq üçün özlərini hərbi qərargaha təqdim etməlidirlər.
Ukrayna müharibəsi başlayandan sonra Ukrayna hökuməti ilə Belarus arasında münasibətlər daha da gərginləşib və belaruslara baxışları dəyişib. Rusiya və Belarus başçılarının yaxın münasibətləri, eləcə də Ukraynanın qərbinə hücum üçün Rusiya ordusunun Belarusun hava məkanından və bazalarından hərbi istifadə etməsi son vaxtlar ukraynalılar tərəfindən tənqid edilir. Onlar hesab edirlər ki, Belarus Ukraynanın şimal-qərb əyalətlərinə hücum etməyə hazırlaşır.

– Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə zamanı Ukrayna ordusunun itkiləri və ziyanları ilə bağlı statistikası (tarix: 24 fevral – 2 iyul 2022):
Ukraynada müharibə başlayandan indiyədək 227 hərbi təyyarə, 134 helikopter, 1430 dron, 353 hava hücumundan müdafiə sistemi, 3886 tank və digər zirehli texnika, 702 reaktiv yaylım atəşi sistemi, 3073 səhra topu və minaatan, 3954 xüsusi hərbi texnika məhv edilib.

Bu xəbər yenilənir…

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105Gün 106Gün 107Gün 108Gün 109Gün 110Gün 111Gün 112Gün 113Gün 114Gün 115Gün 116Gün 117Gün 118Gün 119Gün 120Gün 121Gün 122Gün 123Gün 124Gün 125Gün 126Gün 127Gün 128

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir