Partlayış səsi Abu Dabini silkələdi! + Yeniləndi

Çərşənbə 9 Fevral 2022 - 06:46
https://az.iswnews.com/?p=980

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, yerli KİV-lərin verdi məlumata əsasən BƏƏ-nin paytaxtı Abu Dabidə Fatimə Bint Mubarək adlı xiyabanda yerləşən Golden Tulip hotelində partlayış və yanğın baş verib.

Çərşənbə günü, fevralın 9-u səhər yerli mənbələr Əbu-Dabi şəhərində iki partlayışın səsinin eşidilməsi barədə məlumat veriblər.

BƏƏ dövlət xəbər agentliklərinin məlumatına görə, partlayış Golden Tulip hotelində qaz partlayışı nəticəsində baş verib, bu hadisənin heç bir insani itkisi olmayıb.

Qeyd edək ki, bu hadisə Ənsarullahın son bir ay ərzində BƏƏ şəhərlərinə üç raket və PUA ilə zərbələr endirdiyi vaxta təsadüf edir. Buna görə də bu gün səhər saatlarında Golden Tulip Hotelində baş verən partlayışdan sonra bəzi media və sosial media istifadəçiləri Ənsarullahın Əbu-Dabiyə hücumu ilə bağlı yenidən fərziyyələr irəli sürdülər.

Video: Əbu-Dabidə Golden Tulip otelində partlayışlardan biri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir