Azərbaycan ordusu hazırlıq vəziyyətindədir, İranla sərhəd bağlandı

Cümə 1 İyul 2022 - 21:55
https://az.iswnews.com/?p=9773

Məlumatlı mənbələr bildirirlər ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası iyulun 1-i, cümə günü səhər saatlarından etibarən Culfada quru sərhədini İran vətəndaşlarının Azərbaycana girişi və çıxışı üçün qeyri-müəyyən müddətə kimi bağlayıb.

Astara və Biləsuvarda məhdud olan gediş-gəliş də dayandırılıb, lakin hava yolları hələ də iki ölkə vətəndaşları üçün açıqdır.
Həmçinin, iki ölkənin sərhəd keçid məntəqələri yalnız vətəndaşların öz ölkələrinə geri qayıtması üçün açıqdır və bu, Covid-19 xəstəliyinin məhdudlaşdırılması məsələsi deyil.

İran sərhədinə hərbi qüvvələrin göndərilməsi

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycandakı məlumatlı mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan ordusu Talış və Cənub bölgəsindəki İranla sərhəd olan ərazilərdə özünün 5 saylı quru qoşunları komando bölməsini yerləşdirib. Eyni mənbələr Azərbaycan ordusunda İranla mümkün müharibəyə hazır olmaq əmri verildiyini də bildiriblər.

Sitalçay gərginliyin başlanğıcı

İranla Azərbaycan arasında ciddi gərginlik 2012-ci ildə tərk edilmiş Sitalçay aviabazasının İsrail tərəfinə təhvil verilməsi xəbərinin yayılması ilə başlayıb.
“Foreign Policy” analitik internet jurnalı iki amerikalı generala istinadən İsrailin bu tərk edilmiş bazanı satın aldığını, orada öz dronlarını və əsgərlərini yerləşdirdiyini iddia edib. Azərbaycan hökuməti bu xəbəri təkzib etsə də, həmçinin “Foreign Policy” jurnalı iddiasından geri çəkilsə də, sonrakı illərdə Xəzər dənizindən İrana daxil olmaq istəyən İsrail dronları vurulub.
Keçən ay Moskvada yaşayan siyasi analitik İsmail Şabanov “İslam Dünyası Xəbərləri” informasiya agentliyi ilə söhbəti zamanı İsrail hərbi qüvvələrinin bu bazaya yerləşdirilməsi xəbərini təsdiqləyərək demişdi: “2020-ci ildə ikinci Qarabağ müharibəsindən əvvəl biz düşünürdük bu bazada yalnız hərbi texnika yerləşdirilib, ancaq müharibədən sonra bu bazada casusluq fəaliyyətinin də aparıldığını bildik.”
Azərbaycan hökumətinə yaxın medialar üç ay əvvəl iddia etmişdi ki, İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşündə İran tərəfinin Sitalçay bazası təxliyəsi ilə bağlı mesajını çatdırıb. Bu xəbər hər iki ölkənin rəsmiləri tərəfindən təsdiqlənməsə də, bu xəbərin yayımlanması zamanı İran əleyhinə təbliğatlar başlamışdı.
Sitalçay bazası Xəzər dənizindən təqribən 3,7 km məsafədədir və dronlar dəniz üzərindən asanlıqla İrandakı hədəflərə tərəf uça bilir. Həmçinin Bakıdan 63 kilometr şimal-qərbdə yerləşən bu bazadan İsrail hərbi müşavirlərinin get-gəl xəbəri də eşidilir.
Bu baza İranın şimal sərhədlərindən təxminən 173 kilometr aralıda yerləşir. Onun mühüm Təbriz və Tehran şəhərləri ilə məsafəsi müvafiq olaraq 402 və 587 km-dir.
Təbrizdə, Nətənz nüvə obyektlərinin yaxınlığında, Gilan şəhərinin su sərhədlərində İsrail dronlarının vurulması və Şəhid Əhmədi Rovşənin qətlində elektron müdaxilə dronlarından istifadə olunması göstərir ki, İranın şimal sərhədlərində dronların infiltrasiyası üçün aktiv mərkəz mövcuddur. Mümkün müharibə olarsa, silahlı dronlar da bu siyahıya əlavə olunacaq.
İsrailin İranın Suriyadakı hərbi bazalarına hücumlarından sonra cavab hücumları İraqın Kürdüstan bölgəsinin mərkəzi olan Ərbildə İsrailə bağlı mərkəzlərə qarşı həyata keçirilmişdi və bu hərbi hava limanının növbəti hədəflər sırasında olması ehtimalı az deyil.

Əliyevə yox

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Xəzər dənizi ilə həmsərhəd olan dörd ölkənin (Rusiya, İran, Qazaxıstan və Türkmənistan) sahildə xarici hərbi qüvvələrin mövcudluğunu rədd etmələri ilə üzləşib. Bu imtina Türkiyə və İsrail qüvvələrinin Xəzər dənizi sahilində mövcudluğunun qarşısını alır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  1. Zeynəbçı dedi ki:

    Allah Azərbaycana caynaqlarını keçirmiş,Azərbaycan yem olaraq görən yəhudilərin kökünü kəssin. Azərbaycanda olan yəhudi trollarına lənət etsin. Qarşıda mahi Muhərrəm,əza ayı gəlir,yenə canfəşanlıqdadırlar. İnişil Lənkəranda aşura günü qəbristanlığa qədər bağladılar. Bu bədbəxtlərin möminlərdən qorxduğunu bilirdim,həmin möminlər kimüharibənin qalibiyyəti,onların mömin ,qeyrətli evladlarının sayəsində oldu,ancaq ölülərdən qorxduqlarını bilmirdim. Onu da bildim. Allah fürsətlərini kəssin inşa Allah.