Xəzəryanı dövlətlər: Biz Xəzərdə başqa ölkələrə hərbi mövcudluğa icazə vermirik! + FOTO

Cümə, 1 İyul 2022 - 00:09
https://az.iswnews.com/?p=9656

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlətlərin altıncı sammiti keçirilib.

Çərşənbə günü, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikası liderlərinin iştirakı ilə Xəzəryanı dövlətlərin altıncı sammiti keçirilib.

İran prezidenti Höccətülislam vəl Muslimin Rəisi görüş çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Qasım Cumart Tokayev, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan respublikası prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşüblər. Bu görüşdə İran və Rusiya prezidentlərinin yaxın söhbəti, qucaqlaşıb əllərini sıxmaları görüntüləri medialarda müzakirə mövzularına çevrilib.

İran rəsmilərinin sözlərinə görə, Xəzər dənizinin hüquqi rejimi ilə yanaşı, ölkələr arasında nəqliyyat, tranzit, ticarət, canlı resursların idarə edilməsi, ətraf mühitin mühafizəsi və xarici ölkələrin hərbi mövcudluqlarının qarşısının alınması sahələrində əməkdaşlıq, həmçinin ikitərəfli danışıqlar aparılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, sahilyanı ölkələrin liderləri beş ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair sazişin həyata keçirilməsini vurğulayıblar və Xəzər dənizində qeyri-sahil dövlətlərinin hərbi mövcudluğuna imkan verməmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ildə Türkmənistanın o zamankı prezidenti “Səfər Murad Niyazovun” dəvəti ilə bu ölkənin paytaxtında keçirilmişdir və bu sammitlərin beşincisində Xəzər dənizinin hüquqi rejimi haqqında konvensiya bu ölkələrin liderləri tərəfindən imzalanmışdır.

P.S: Tarixi xəritə və razılaşmalara, habelə BMT-nin qətnaməsinə əsasən, İranın Şimal dənizinin rəsmi və beynəlxalq adı Kaspiandır. “Xəzər” adı bölgənin tarixinin qısa bir dövründə yad bir xalqın adından yaranan yerli addır. İndi də heç bir etnik qrup özünü onlara aid etmir və bu dənizin sahilində bu adda ölkə və bölgə yoxdur.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.