Yəməndə baş verən son hadisələr, 30 İyun 2022

Cümə axşamı 30 İyun 2022 - 23:35
https://az.iswnews.com/?p=9648

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cənub Keçid Şurası qüvvələri ilə istefa vermiş Yəmən hökumətinə bağlı qrupların silahlıları arasında toqquşmalar və gərginlik Ədən və Şəbvə əyalətlərində artıb.

1- Ədən:
– Xurmkəsər bölgəsində “Salih Əs-Səyyid”in (Cənub Keçid Şurasının Silahlı Qüvvələrinin Ləhic vilayətindəki komandanı) avtomobili yolunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Salih Əs-Səyyid partlayışdan sağ çıxıb.
– Cənub Keçid Şurasının silahlıları Ədən şəhərindəki Dar Səəd keçid məntəqəsinin polis qüvvələri ilə toqquşub.

2- Əl-Hudəydə:
– Prinçessa Həlimə benzin daşıyan gəmi Səudiyyə koalisiyası tərəfindən 13 gün müddətində saxlanıldıqdan sonra Əl-Hudəydə limanına daxil olub.
– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 76 dəfə pozub.

3- Həzərmut:
ABŞ səfiri Steven Fagin Həzərmut əyalətinə səfəri zamanı istefa vermiş Yəmən hökumətinin yerli rəsmiləri ilə görüşüb.

4- Şəbvə:
– Şəbvə müdafiə qüvvələri (“İvəd bin Əl-Vəzir Əl-Avlaki” Şəbva qubernatoruna tabe olan qüvvələr) Ətəq şəhərində Səudiyyə tərəfdarı olan müxtəlif qəbilələrin silahlıları ilə toqquşub. Qarşıdurmalarda bir neçə nəfər, o cümlədən Somali vətəndaşı ölüb və yaralanıb.
– Yəmənin Qurtuluş Hökumətinin Neft Nazirliyinin məlumatına görə, Malt bayrağı üstündə olan və BƏƏ-yə məxsus ISABELLA gəmisi işğal olunmuş ərazilərdən neft yükləmək üçün Şabvə əyalətinin Bəndər-ən-Nəşimə sahillərinə daxil olub. Gəmi 114 milyon dollar dəyərində 100 min ton xam nefti (təxminən bir milyon barel neft) yükləmək qabiliyyətinə malikdir.

5- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın ehtiyaclı olan ölkələrə, o cümlədən Yəmənə taxıl ixrac etməyə hazır olduğunu açıqlayıb. Bu ixracatlar ikitərəfli kanallar və ya Ümumdünya Ərzaq Proqramı vasitəsilə mümkün olacaq. Rusiyanın hazırlığı o vaxta təsadüf edir ki, Yəmən buğdası artıq Ukrayna vasitəsilə tədarük edilirdi və istefa vermiş hökumət onu əvəz etmək üçün Hindistanla danışıqlar aparır.

6- Ənsarullah hərəkatı və Yəmən İnqilabının lideri “Seyyid Əbdülməlik Bədruddin Əl-Husinin Həccə vilayətinin xalqı və qəbilələrinin ağsaqqalları ilə görüşündə verdiyi mühüm açıqlamaların xülasəsi:
“Amerika siyasətləri və onların arxasında duran yəhudi lobbisi dünyanın müxtəlif yerlərində böyük böhranlar yaradır və bu böhranlar İslam dünyasına da təsir göstərir. Birləşmiş Ştatlar Rusiya və Çinlə yeni münaqişə və böhran qapılarını açmağa çalışır. Ukraynadakı müharibə ABŞ-ın ümum dünya cəmiyyətində apardığı müharibə və çəkişmə siyasətinin məhsuludur.
Düşmən olan Səudiyyə və Amerikanın öz səylərini artırmaları gözlənilir və biz cəbhələri gücləndirməli, hərbi qüdrətimizi artırmalıyıq. Allahın lütfü ilə bir çox ərəb ölkələrində çatışmayan hərbi güc səviyyəsinə çatmışıq.
Qonşu ölkələr səviyyəsində Koalisiyanın istənilən yerinə çata bilən uzaqmənzilli ballistik raketlər hazırlamışıq. Müxtəlif raketlərin istehsalı durmadan artır və daha dəqiq, daha dağıdıcı, daha ölümcül və daha çox təkmilləşir. Düşmənlər Amerikanın inkişaf etmiş və bahalı sistemlərindən istifadə etmələrinə baxmayaraq, bizim raketlərimizə qarşı çıxa bilmədilər”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir