Fələstində baş verən son hadisələr, 29 İyun 2022

Çərşənbə, 29 İyun 2022 - 18:22
https://az.iswnews.com/?p=9605

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, HƏMAS-ın hərbi qolu olan əl-Qəssam taborları Qəzzada əsir götürülmüş İsrail əsgərinin səhhəti pis olan və oksigen balonunun köməyi ilə nəfəs alan Hişam əl-Seyidin qısa videosunu yayımlayıb.

– İyunun 27-da Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan əl-Qəssam taborlarının sözçüsü Əbu Ubeydə Qəzzada əsir götürülmüş İsrail əsgərinin səhhətinin pisləşdiyini açıqlayıb. Əbu Ubeydənin bu açıqlamasından sonra İsrailin baş naziri Naftali Bennet İsrail nazirlərini əsir götürülən İsrail əsgərlərindən birinin vəziyyətinin pisləşməsi ilə bağlı əl-Qəssam taborları sözçüsünün açıqlamasına reaksiya verməməyə çağırıb.
– İyunun 28-də əl-Qəssam taborları Qəzzada əsir götürülmüş İsrail əsgəri Hişam əl-Seyidin səhhətinin pis olduğu və oksigen balonunun köməyi ilə nəfəs aldığı qısa videonu yayıb.

– İsrailin maliyyə naziri Aviqdor Liberman İsrailin Kanal 13 televiziyasına deyib ki, hazırda vacib olan sakitliyi qorumaqdır və HƏMAS-ın israilli hərbi əsirlərlə bağlı yaydığı məlumatlara etibar etmək olmaz.
– Sionist rejimin kəşfiyyat və daxili təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki təhlükəsizlik əməliyyatlarının ardınca 13 fələstinli silah daşımaq və saxlamaq və İsrail əleyhinə əməliyyatlar keçirməyə cəhd ittihamı ilə həbs edilib.
– İyunun 28-də İsrailin baş naziri Naftali Bennet işğal olunmuş Fələstində təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün İsrailin kəşfiyyat agentliyi (Mossad) və İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin (Şabak) qərargahlarında olub.
– İyunun 29-da “Maariv” qəzeti sionist rejimin Knessetinin bu günün son saatlarına qədər rəsmi olaraq işinin dayandırılması ehtimalı barədə məlumat verdi.
– Bəzi mənbələr iddia edib ki, HƏMAS vasitəçilərə əsirlərin mübadiləsi ilə bağlı saziş imzalamağa hazır olduğunu bəyan edib. HƏMAS-ın İsrail həbsxanalarından xəstə fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbus Hişam əl-Seyidi azad etməyi planlaşdırdığı bildirilir.
– İyunun 29-da İsrail qüvvələrinin Cəninin şərqinə basqını zamanı 25 yaşlı fələstinli Məhəmməd Mahir Məraa sinəsindən güllə yarası alıb, xəstəxanaya aparılıb və ağır qanaxma və aldığı xəsarətlər səbəbindən şəhid olub.

– Xan Yunis məntəqəsinin sakini olan “Nidal.S” adlı fələstinli sionist rejimin casus məmurları ilə əlaqəsi olduğundan, tunellər, müqavimət raketlərinin yerləşdiyi yerlər və bu məlumatların İsrailə ötürülməsində casusluq etdiyinə görə edam cəzasına məhkum edilib.
– İyunun 28-də axşam bir fələstinli gənc Qüdsün qədimi hissəsində soyuq silahdan istifadə edərək sionist polisi yaralayıb və hadisə yerindən qaçıb. Hadisədən sonra çoxlu sayda İsrail polisi gənc fələstinli üçün axtarış əməliyyatına başlayıb və bir neçə dəqiqə sonra onu işğal altındakı Qüdsün qədimi hissəsində həbs etməyə nail olub.

Daha çox oxuyun: İşğal altındakı Qüdsdə əməliyyat; Bir sionist hərbçi yaralanıb

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.