Lənkəranda vəhhabilərin fitnəsi üzə çıxdı + VİDEO və FOTO

Çərşənbə axşamı, 28 İyun 2022 - 23:21
https://az.iswnews.com/?p=9537

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Vəhhabi ünsürlərinin Lənkəranın Aşağı-Nüvədi məscidini ələ keçirmək məqsədilə hazırladıqları sui-qəsdin qarşısı 26 iyun tarixində şiələrin böyük birliyi ilə alınıb.

Talış bölgəsində terrorçu vəhhabi təhlükəsi olduqca ciddidir. Bu mövzu fonunda Lənkəran şəhəri Aşağı Nüvədi kəndində yaranmış bir problemlə bağlı redaksiyamıza kənd sakinlərindən daxil olan bir məktubu sizə təqdim edirik:

“Sünni-şiə arasında müharibə salmaq istəyirlər”

Bismilləhir-Rahmənir-Rahim

Lənkənanın Aşağı Nüvədi məscidini zəbt etməyə çalışan Əhli-sünnə qardaşlarımız deyil, vəhhabilərdir. Bunlar hətta tarix boyu Əhli-sünnənin belə alimlərini şəhid edən kəslərdir.
Bu gün isə “Əhli-sünnə” adı altında şiə-sünni arasında təfriqə salmağa çalışırlar. Guya ki, adı çəkilən kəndin məscidinə şiələr sünni qardaşlarımızı qoymurlar, onları təhqir edirlər və onlara zülm edirlər. Bununla da istəyirlər ki, sünni-şiə müharibəsi salsınlar. Ancaq biz həmişə sünni qardaşlarımızla bir məsciddə namaz qılıb, yoldaşlıq etmişik. Ancaq bu ekstremist cərəyan tərəfdarları Suriyada, İraqda etdiyi vəhşilikləri Azərbaycan xalqı arasında da törətmək istəyirlər. İnşallah nə sünni nə də şiə qardaşlarımız onların bu iyrənc planının qurbanına çevrilməyəcəklər. Buradan sözümüz şiə və sünni qardaşlarımızadır: Bizim böyük alimlərimiz deyiblər ki, sünni-şiə qardaşdır və hər kim bu məsələdə ayrıseçkilik salırsa nə sünnidir nə də şiə, o İslam düşmənidir. Bütün sünni və şiə qardaşlarımızdan istəyirik ki, gəlin Allahın evini bu lənətlənmiş zümrədən təmizləyək.

Məktubun sonu

Lənkəranın Aşağı Nüvədi kəndində yaranmış vəhabi problemi ilə bağlı redaksiyamıza daxil olan ikinci məktub:

Bu kənddə vəhabi əqidəsini yayan Ramal adlı şəxsdir

“Salam aleykum. Mən Lənkəran şəhər Aşağı Nüvədi kəndi sakiniyəm. Bu təkfirçi vəhabilər kəndimizdə 10-15 nəfərdir. Neçə müddətdir məscidə gəlib namazlarımızı məsxərə edirlər, bizi təhdid edirlər və camaat namazında ayrıca uca səslə namaz qılıb fikirimizi yayındırırlar. Neçə dəfə xoş dillə başa saldıq alınmadı. Artıq cana yığılmışıq bu avamların əlindən. Bu kənddə vəhhabi əqidəsini yayan Ramal adlı şəxsdir. Təxminən 35-40 arası yaşı var. Ev təmir ləvazimatları mağazasında fəaliyyət göstərir və çoxlu pulu var. Onun puluna yığılan ətrafındakı qohumlarının hamısını da vəhhabi edən odur. İlk öncə əmisi uşaqlarını çəkdi. Hal-hazırda kəndimizdə 10-15 nəfər ümumilikdə vəhhabi var. Neçə dəfə öz aralarında deyiblər ki, şiələrin namusu və pulları bizə halaldır. Deyirlər ki, şiələr kafirdir. Özlərinə sünni desələr də bunlar vəhhabidir. Şəxsən mənim sünni dostlarım var onlar da bu vəhhabilərdən bizardırlar. Neçə dəfə bizi hədələyiblər. Polis səsimizə səs vermir. Bir hadisə baş versə məsuliyyəti bu vəhabilərdə və hakimiyyətdədir.”

Qeyd edək ki, onlar məscidə zorla soxulub, şiələri təhqir edib, oranı namaz qılmaq bəhanəsi ilə zəbt etmək istəyiblər. Hətta Bakı və Sumqayıtdan da vəhhabilərin gətiriləcəyini şayə yayıblar.

Lənkəranın Aşağı Nüvədi kəndindəki məsciddə vəhhabilərin namaz qılmaları bəhanəsi ilə oranı zəbt etmələri

Lənkəranın Aşağı Nüvədi kəndində yaranmış vəhabi problemi ilə bağlı redaksiyamıza göndərilən videonu sizə təqdim edirik.
Videoda danışan şəxs Ukraynada yaşayan və əsli Lənkəran şəhəri Aşağı Nüvədi kəndindən olan Üzeyir Həsənovdur.

“Kəndi ikinci Nardaran etmək istəyirsiniz?”

Vəhhabi çeçenlər Üzeyir Həsənovu yuxarıdakı çıxışdan sonra öldürəcəkləri ilə bağlı hədələyiblər.

Üzeyir Həsənovun təhdidlərlə bağlı çıxışı

Bununla bağlı kənd sakinləri elan yayaraq 26 iyun tarixində axşam saat 20:00-da məsciddə toplaşıblar.


Video №1: Əhalinin Lənkəranda vəhhabi fitnəsi əleyhinə toplaşmaları

Həmin gün axşam Lənkəranın müxtəlif kəndlərindən Aşağı Nüvədi kənd məscidinə toplaşan dindarlar, vəhdət nümayiş etdirərək vəhhhabilərin bu kənddə yaratdığı problemlər əleyhinə etiraz ediblər.

Video №2: Əhalinin Lənkəranda vəhhabi fitnəsi əleyhinə toplaşmaları

Əsli adı çəkilən kənddən olan və hal-hazırda Ukraynanın paytaxtı Kiyevdə yaşayan Üzeyir Həsənov, bu kənddə vəhhabilərin təxribatlarını ifşa etdiyinə görə sifarişli şəkildə çeçenlər tərəfindən təhdid olunduğunu bildirib.

Lənkəran şiələrini təhdid edən vəhhabilər kimlərdir?
Lənkəran Şəhər Aşağı Nüvədi kəndində vəhhabiliyi təbliğ edən Ramal Əliyevi və ətrafı barədə məlumat

Qeyd etmək lazımdır ki, talış bölgəsində tək vəhhabilik cərəyanı deyil, bunun kənarında narkotik, pantürkçülük və cinsi fəsad sürətli olaraq məqsədyönlü şəkildə yayılmaqdadır.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.