İdlibdə Əl-Qaidənin cəbhə komandiri ABŞ tərəfindən öldürülüb + FOTO

Çərşənbə axşamı 28 İyun 2022 - 15:37
https://az.iswnews.com/?p=9513

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Hərasuddin” terrorçularının cəbhə komandirlərindən biri ABŞ-ın Suriyanın İdlib əyalətində endirdiyi dron zərbəsi nəticəsində öldürülüb.

İyunun 27-də axşam saatlarında ABŞ dronları İdlib-Biniş yolunda motosikleti vurub, bir nəfər həlak olub.
ABŞ ordusunun Qərbi Asiyadakı Terror Qərargahı (Centcom) Suriyanın İdlib əyalətindəki hədəfə hücum xəbərini təsdiqləyərək, “Hərasuddin” (Əl-Qaidə terror qruplaşmasının qolu) terrorçularının cəbhə komandiri Əbu Həmzə Əl-Yəməni adlı şəxsin öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Amerikanın iki MQ9 dronu “Hərasuddin” terrorçularının cəbhə komandirinə hücumdan 24 saat əvvəl İdlib və onun ətrafı səmalarında patrul xidməti həyata keçirirdi.

ABŞ koalisiyası dronlarının silahlı və ya terrorçu qrupların komandirlərini hədəfə almasında bu hücum ilk dəfə deyil. Ötən ilin sentyabrından bəri ABŞ koalisiyası terrorçulara və İŞİD-ə qarşı ən azı dörd dron zərbəsi həyata keçirib və nəticədə dörd Əl-Qaidə komandiri və bir İŞİD komandiri öldürülüb.


Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir