Fələstində baş verən son hadisələr, 27 İyun 2022

Bazar ertəsi 27 İyun 2022 - 23:19
https://az.iswnews.com/?p=9494

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin kəşfiyyat və daxili təhlükəsizlik təşkilatının qüvvələri İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarına cəhd ittihamı ilə 17 fələstinlini həbs edib.

– İyunun 27-də 80-ə yaxın sionist İsrail hərbçilərinin himayəsi altında Məscidül-Əqsaya basqın edib.
– İyunun 26-da İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qəzza sularında fələstinli balıqçılara yenidən atəş açaraq, fələstinli balıqçıları sahilə qayıtmağa məcbur edib.
– Fələstində HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə bəyan edib ki, bu hərəkatın hərbi qolu olan əl-Qəssam taborları əsirliyində olan 4 İsrail əsgəri var və onlardan ikisi barəsində ümumiyyətlə düşmənin xəbəri yoxdur.
– İyunun 27-də İsrail hərbçiləri işğal altındakı ən-Nəqb səhrasında əl-Əraqib kəndini ardıcıl 203-cü dəfə dağıdıblar.
– İbranicə olan Kan mediası iddia edib ki, sionist rejimin baş naziri Naftali Bennet yaxın günlərdə siyasi arenadan çəkilmək istəyir. Şəbəkə onu da əlavə edib ki, Bennet yaxınlarına tezliklə siyasi arenanı tərk edəcəyini elan edib.
– İşğalçı İsrail qüvvələri Umm əl-Fəhm şəhərində bir fələstinlinin evini söküb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
– Sionist rejimin Kanal 12-si elan edib ki, Evimiz İsrail Partiyasının lideri, Aviqdor Liberman heç bir halda Netanyahunun başçılıq etdiyi hökumətdə və ya Şas və ya Tövrat yəhudiliyi partiyalarının qüvvə də olduğu zaman namizəd olmayacağını bəyan edib.
– İyunun 25-də Qətər əmiri Təmim bin Həməd Ali Sani Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək Fələstindəki son hadisələri müzakirə edib. Şeyx Təmim Misirin Qəzza zolağının inkişafı və yenidən qurulması səylərini yüksək qiymətləndirib.
– İyunun 26-da Hayfa limanında təhlükəli və tezalışan materialların olduğu sənaye kompleksində güclü yanğın baş verib. İbrani medialarının məlumatına görə, yanğın heç bir insan tələfatına səbəb olmayıb və sionist rejimin yanğınsöndürmə idarəsi, polis və sənaye nazirliyinin komandası qəzanın səbəblərini araşdırır.

Daha çox oxuyun: Hayfa şəhərinin logistika kompleksində güclü yanğın baş verib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir