Hayfa şəhərinin logistika kompleksində güclü yanğın baş verib + FOTO və VİDEO

Bazar ertəsi 27 İyun 2022 - 00:13
https://az.iswnews.com/?p=9404

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bazar günü səhər Hayfa şəhərində təhlükəli və tezalışan materialların olduğu sənaye kompleksində güclü yanğın baş verib.

İşğal olunmuş ərazilərdə baş verən silsilə hadisələrdən sonra dünən səhər saatlarında Hayfa şəhərində içində təhlükəli materiallar olan bir neçə sənaye obyekti yanıb. Hadisədən bir neçə dəqiqə sonra Bar Judah küçəsinə gələn yanğın söndürənlər, yanğını söndürüblər. Yanğının güclü olmasına və yaşayış məntəqələrinə yaxınlığına görə Hayfa Şəhər Yanğınsöndürmə Stansiyasının rəhbəri yanğınsöndürmə əməliyyatına şəxsən nəzarət edib. Nəhayət, bir neçə saatlıq fasiləsiz səylərdən sonra sionist rejimin yanğınsöndürmə mərkəzinin qüvvələri yanğının qarşısını almağa müvəffəq olub.
İbrani medialarının məlumatına görə, yanğın heç bir insan tələfatına səbəb olmayıb və Sionist rejimin yanğınsöndürmə idarəsi, polis və sənaye nazirliyinin komandaları yanğının səbəblərini araşdırır.

Son həftələr və xüsusilə də şəhid Səyyad Xodainin öldürülməsindən sonra bir neçə yanğın və buna bənzər hadisələrin şahidi olan Hayfa şəhəri də daxil olmaqla, işğal olunmuş Fələstində mühüm hadisələr baş verib. İsrail hakimiyyət orqanlarının səylərinə və geniş senzuralarına baxmayaraq, Hayfa Neft-Kimya Zavodunda baş verən partlayışlar və yanğınlar, Hayfa Gəmiqayırma Zavodunda baş verən hadisələr və Hayfa Taxta Zavodunda baş verən yanğın kimi bu hadisələrin bəziləri barədə məlumat verilib.
Bəzi İbrani KİV-ləri sənədləri dərc etmədən hadisələrdə İranı günahlandırsalar da, İran rəsmiləri bu cür hadisələrlə bağlı açıq danışmamağa və ya məsuliyyəti öz üzərinə götürməməyə üstünlük veriblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir