72 saat ərzində Kormor qaz yatağına üç raket hücumu!

Bazar, 26 İyun 2022 - 23:20
https://az.iswnews.com/?p=9399

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Kürdüstanının Çamçamal bölgəsindəki Kormor qaz yatağı son 72 saat ərzində naməlum qruplar tərəfindən üç dəfə atılan raketlərlə hədəfə alınıb. Kormor qaz yatağı BƏƏ-nin Dane Gaz şirkəti tərəfindən idarə olunur.

Hücumlar iyunun 22, 24 və 25-də baş verib. Mövcud məlumata görə, bu hücumlar o qədər də böyük ziyana səbəb olmayıb.

Süleymaniyyə Terrorla Mübarizə İdarəsi də Kormora raket hücumu xəbərini təsdiqləyərək qaz yatağının 6 raketlə hədəf alındığını bildirib.

Kürdüstan bölgəsinin baş nazirinin müavini Qubad Talibani raket hücumlarından sonra Kormor qaz yatağına baş çəkib və kompleksin müxtəlif hissələrini ziyarət edib. “Biz qaz yatağındakı heyətin həyatını xilas etməyə çalışırıq və İraq federal hökuməti ilə birlikdə kürdlərin regional obyektlərinə raket hücumlarının təkrarlanmasının qarşısını almağa çalışırıq” dedi.

Hücumlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, lakin bəzi mənbələr raket hücumlarına görə İraq müqavimət dəstələrinin məsuliyyət daşıdığını iddia ediblər. Digər tərəfdən, İraqın “Kətaib Hizbullah”ının İraqdakı sözçüsü Cəfər əl-Hüseyni hücumlarda Türkiyə kəşfiyyatı ilə əlaqəsi olan qrupları günahlandırıb. O, Həşd-Şəəbi qüvvələrini bu şəxsləri müəyyən edib saxlamağa və İraqın məhkəmə sisteminə təqdim etməyə çağırıb.

İraq Müqavimət Koordinasiya Komitəsi də Süleymaniyyədə bəzi şirkətlərə hücumu İraq xalqına düşmən olan xarici tərəflərin təxribatı adlandırıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.