İraqda baş verən son hadisələr, 25 İyun 2022

Şənbə 25 İyun 2022 - 16:48
https://az.iswnews.com/?p=9321

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD-in Əl-Ənbar vilayətindəki nümayəndəsi də daxil olmaqla 7 İŞİD üzvü keçən həftə İraq qüvvələri tərəfindən öldürülüb, daha 6 nəfər isə İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

1- Bağdad:
İyunun 19-da Bağdadın mərkəzində əl-Məsbah küçəsində İraq kəşfiyyat bazası yaxınlığında əldəqayırma partlayıcı qurğu partlayıb. Bu hadisə nəticəsində ölən olmayıb.

2- Neynəva:

– İyunun 18-də Neynəva Polis İdarəsi əyalətdə İŞİD terror qruplaşmasının beş üzvünün həbs olunduğunu elan etdi.

– İyunun 22-də naməlum şəxslər Mosulun Şeyxan bölgəsinə iki raketlə hücum ediblər. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

3- Kərkük:

– İyunun 20-də İraq qırıcı təyyarələrinin Kərkük vilayətində hədəflərə hücumu nəticəsində 3 İŞİD üzvü öldürülüb.

– İyunun 21-də İraq ordusuna məxsus F-16 qırıcıları İraqın Terrorla Mübarizə Təşkilatı ilə əməkdaşlıq edərək Vadi əl-Şay bölgəsində İŞİD terror qruplaşmasının bir neçə sığınacaqlarını hədəfə alıb.

– İyunun 22-də və 24-də BƏƏ-nin Dəne Qaz şirkətinin idarə etdiyi Çamçamal bölgəsində Komor qaz yatağı naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb. Hücumlarda iki nəfərin yaralandığı bildirilir. Hücuma görə məsuliyyəti heç bir qruplaşma və ya dəstə üzərinə götürməyib.

4- Əl-Ənbar:

– İyunun 20-də İraqın kəşfiyyat xidməti İŞİD-in Əl-Ənbar vilayətinindəki nümayəndəsi Əbu Mənsurun və daha üç İŞİD üzvünün İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.

5- Diyalə:
İyunun 18-də İraq kəşfiyyatı Diyalə vilayətində İŞİD terror qruplaşmasının nəqliyyat və logistik dəstəyinin rəhbəri Əbu Məryəmin həbs olunduğunu açıqlayıb.

6- Duhok:

– İyunun 22-də Əl-İmadiyə şəhərinin Bamarni bölgəsindəki Türkiyə hərbi bazası naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb. Daha ətraflı məlumat verilməyib.

7- İyunun 22-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı türk əsgərlərindən “Sercan Baş”ın həlak olduğunu açıqlayıb.

8- Yeni yaradılmış Əhrar əl-İraq dəstəsi Mosulun şimalındakı Zelkan bölgəsində Türkiyə hərbi bazasına bir neçə raket və pilotsuz təyyarə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İraqlı dəstə bəyan edib ki, Türkiyə ordusu İraq torpaqlarından çəkilənə qədər hücumları davam edəcək.

Daha çox oxuyun: İraqda yaranan yeni dəstə Türkiyə ordusunun bazasına hücumları öz üzərinə götürdü!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir