Azərbaycanda təmas xəttində gərginlik və örtülü qalan cinayətlər

Cümə 24 İyun 2022 - 15:35
https://az.iswnews.com/?p=9289

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, erməni deputat Naira Zəhrabyan öz Facebook səhifəsində Azərbaycan qüvvələrinin Kəlbəcərin Vardanisdə (Basarkeçər) erməni mövqelərini atəşə tutması və bir erməninin öldürüldüyü barədə məlumat yayıb.

Onun məlumatına görə, iyunun 19-da burakandan olan Herax Pilipiliusyan öldürülüb və Müdafiə Nazirliyi məsələni təsdiqləməkdən imtina edib. Zəhrabyan bildirib ki, Ermənistan hökumətinin susmasına səbəb Azərbaycanla sülh sənədinin hazırlanmasıdır.

Ehtimal verilir ki, bu münaqişə və bu kimi hallar Azərbaycanın daxilində ictimai rəyi yayındırmaq üçün həyata keçirilib ki, sərhədlər gərginləşsin.
Tərtər cinayət işi və Azərbaycan hərbçilərinin ağır və şübhəli ölümü ilə bağlı iş hələ də bağlanmayıb. Sağ qalanlar və həlak olanların ailələri cümə axşamı (16 iyun) Bakıda Azərbaycan Hərbi Məhkəməsinin qarşısına toplaşıblar.

Bakıda Azərbaycan hərbi məhkəməsi qarşısında etiraz aksiyası

Onlar ədliyyə orqanlarından bu cinayətlərin cəzalandırılmasını və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər. Etirazçıların sözlərinə görə, hərbi prokuror 2016-cı ildən 44 günlük müharibədən sonraya qədər hadisələrin araşdırılmasına və şəffaflığına mane olub.

2016-cı ilin aprel toqquşmalarından sonra bir sıra Azərbaycan hərbçiləri casusluq ittihamı ilə işgəncə altında dindirilib. Bu dindirmələr bir sıra hərbçilərin ölümü və əlilliyi ilə nəticələnib. Əsgər və aşağı rütbəli zabitlərin cəsədləri də 2020-ci ildə 44 günlük müharibədən əvvəl və sonra işgəncə izləri ilə ailələrə təhvil verilib.
Hərəkətlərini müdafiə edən Xanlar Vəliyev işgəncə verənlərin işdən çıxarılmasını və daha artıq işkəncələrə mane olduğunu bildirib.

Qeyd edək ki, Xanlar Vəliyev, Yunis Safərov tərəfindən güllələnərək qətlə yetirilən Gəncənin sabiq meri Elmar Vəliyevin qardaşıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir