Malidə baş verən son hadisələr, 23 İyun 2022

Cümə axşamı, 23 İyun 2022 - 23:03
https://az.iswnews.com/?p=9282

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fransa ordusu tərəfindən yüksək rütbəli bir İŞİD üzvünün həbsindən sonra İŞİD və Əl-Qaidə terror qrupları bu ölkənin şimalında və mərkəzində 150-dən çox dinc sakini qətlə yetiriblər.

Keçən həftə Fransa Baş Qərargahı İŞİD-in tanınmış üzvü “Umiyə Vəlid əl-Bakai”nin Mali sərhəd bölgələrində həbs edildiyini iddia edən bəyanat yayıb. Açıqlamaya görə, Fransa qüvvələri Mali və Nigeriyanın sərhəd bölgələrində əməliyyatlar keçirərək, 11 və 12 iyun 2022-ci il tarixlərində Fransa bazalarına qarşı bir neçə terror əməliyyatları icra edən Əl-Bakaini həbs edə bilib.
Əməliyyatdan sonra İŞİD terror qruplaşması Malinin şimal-şərqindəki Ahnita bölgəsinə hücuma hazırlaşarkən 22 dinc sakini (Mali vətəndaş müharibəsindən qaçqın) qətlə yetirib.

Kətibə Məkinə qrupu (Əl-Qaidə ilə əlaqəli) iyunun 18-də Bankas bölgəsindəki Qlazqo, Qanvil və Diqsaqo kəndlərinə də hücum edərək, mülklərini və mal-qaralarını qarət etdikdən sonra 132 mülki vətəndaşı öldürüb və evlərini yandırıb. . Mali hökuməti bu bölgələrin əhalisinin Mali ordusu və onların rus müşavirlərinin dəstəyinə verdiyi dəstəyi əsas gətirərək, üç günlük ictimai matəm elan edərək qətliamı pisləyib.

Qeyd edək ki, Fransa və Mali hökumətləri arasında son bir ildə siyasi gərginliyin artması ilə Fransa hərbi qüvvələri Malidəki Qaodan başqa bütün bazalarını boşaltaraq Mali ordusu hərbçilərinə təhvil verib. Mali hökuməti və ordusu da Rusiya ilə bir neçə hərbi müqavilə imzalayıb və rus müşavirlərinin köməyi ilə bazaları nəzarətə götürüb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.