İraqda yaranan yeni dəstə Türkiyə ordusunun bazasına hücumları öz üzərinə götürdü!

Cümə 24 İyun 2022 - 02:14
https://az.iswnews.com/?p=9263

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yeni yaradılmış Əhrar əl-İraq dəstəsi İraqın şimalındakı türk hərbi bazasına hücumların məsuliyyətini öz üzərinə götürüb.

Əhrar əl-İraq İslami Müqavimət dəstəsi Mosulun şimalındakı Zelkan bölgəsində türk hərbi bazasına bu tarixlərdə 27/12/2021, 2022/04/03, 2022/06/09, 2022/06/18 olan raket hücumlarına görə verdiyi bəyanatda məsuliyyəti üzərinə götürüb.

Dəstənin bəyanatında daha sonra deyilir ki, Əhrar əl-İraq İslami Müqavimət dəstəsinin dron bölməsi 2022/04/10 və 2022/06/02 tarixlərində həyata keçirdiyi iki ayrı əməliyyat zamanı Bəəşiqə hərbi bazası hədəfə alınaraq bir neçə türk əsgəri həlak olmuşdur.

Bu dəstə öz bəyanatında qeyd edib ki, əməliyyatımızın türk işğalçılarının İraqın milli təhlükəsizliyini və bölgənin təhlükəsizliyini təhdid edən terror aktlarına verilən qanuni cavabın bir hissəsi dir və türk qoşunları İraq torpaqlarından çəkilənə qədər əməliyyatlarımızın davam edəcək.

Bu yaxınlarda yeni yaradılmış Əhrar Sincar adlı dəstə, İraqın şimalında Türkiyə ordusunun mövqelərinə raket və dronlarla endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İraqda anti-işğalçı müqavimət dəstələrinin sayı artmaqdadır və İraqın şimalında türk hərbçiləri ilə qarşıdurmanın yeni mərhələsinin başlaması gözlənilir.

“Əhrar Əl-İraq” dəstəsinin bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir