Bennett və Lapid arasındakı razılaşmanın kölgəsində; İsrail parlamentariləri Knessetin işinin dayandırılmasına razı oldular!

Cümə axşamı, 23 İyun 2022 - 03:40
https://az.iswnews.com/?p=9223

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin baş naziri və xarici işlər nazirinin Knessetin işinin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlarından sonra İsrail parlamentinin üzvləri Knessetin fəaliyyətinin dayandırılması ilə bağlı ilkin planın lehinə səs veriblər.

İyulun 22-də İsrailin baş naziri Naftali Bennet və İsrailin xarici işlər naziri Yair Lapid Knessetin fəaliyyətinin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəldikdən sonra İsrail parlamentinin üzvləri 110 lehinə səslə Knessetin işinin dayandırılması lehinə səs veriblər. Knessetin fəaliyyətinin dayandırılması son üç ildə beşinci ümumi seçkiyə doğru ilk addımdır.

Benyamin Netanyahunun baş nazirliyi Seyf əl-Qüds döyüşündə Fələstin müqavimətinə qarşı mübarizədəki zəif performans, korrupsiya və saxtakarlıq iddiaları və faktları, Knessetin səsini qazana bilməməsi və kabinetin formalaşmaması səbəbindən 12 ildən sonra sona çatdıqda 2021-ci ilin iyununda , Naftali Bennet 4 il müddətinə sionist rejimin 13-cü baş naziri seçildi.
Yeş Ətid partiyasının lideri Yair Lapid və Yamina partiyasının lideri Naftali Bennett arasında razılığa gəliblər ki, Bennett iki il baş nazir vəzifəsini icra edəcək, Lapid isə son iki ildə bu vəzifəni icra edəcək. Amma onların kabineti qorumaq üçün bütün səyləri davam etsə də kabinetin ümum gedişatı uğursuzluğa düçar olub və təkrar seçkilər keçirməkdən başqa yol yoxdur.

Bennett və Lapid arasındakı razılaşmaya və Knessetin işinin dayandırılmasına əsasən, 25 oktyabr 2022-ci il tarixində keçiriləcək növbəti seçkilərə qədər “Yair Lapid” 90 gün ərzində İsrailin baş naziri vəzifəsini icra edəcək. Belə ki, Lapid sionist rejimin baş naziri kimi ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstinə gələcək səfərinə ev sahibliyi edəcək.

İsrail parlamentariləri Knessetin işinin dayandırılması təklifinin lehinə 110 səslə səs vermələri
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.