Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz On Doqquzuncu Günü, 22 İyun 2022

Çərşənbə, 22 İyun 2022 - 23:01
https://az.iswnews.com/?p=9202

– Rusiya mətbuatı və yerli mənbələrin məlumatına görə, bu gün səhər saatlarında Rusiya ordusu Rusiyanın qərbində yerləşən Belqorod vilayətinin sərhəd bölgəsindən 5 ədəd “İsgəndər” raketi ilə Ukrayna hərbçilərinin Xarkov şəhərindəki mövqelərinə zərbələr endirib. Bu hücumun tələfatının təfərrüatları hələlik müəyyən edilməyib.

– Ukrayna hərbçiləri Xarkov vilayətində rus hərbçilərinin toplandıqları yeri artilleriya ilə atəşə tutub. Hücumdakı Rusiya hərbçilərinin tələfatı barədə məlumat yoxdur.

– Rusiyanın qərbindəki Rostov vilayətinin sərhədyanı ərazilərində partlayışlar və yanğınlar baş verib.
Rusiya mətbuatı Rostov vilayətinin sərhədyanı rayonlarında yerləşən Novaşaxtinsk qəsəbəsində partlayışdan bir neçə saat sonra xəbər yayıb. Hücum anından yayılan videolara əsasən, kamikadze dron Novaşaxtinsk sərhəd neft emalı zavoduna düşüb. Rusiya mediası dron tipini Bayraktar olduğunu bildirib.
Onlayn xəritədə Novaşaxtinsk şəhərinin yeri

– Rusiya Müdafiə Nazirliyinin Ukrayna müharibəsi zamanı Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası (tarix: 24 fevral – 22 iyun 2022):
Ukrayna müharibəsi başlayandan indiyədək 211 hərbi təyyarə, 132 helikopter, 1308 PUA, 349 hava hücumundan müdafiə sistemi, 3733 tank və digər zirehli texnika, 594 reaktiv yaylım atəşi sistemi, 2081 səhra topu və minaatan, 3801 ədəd xüsusi hərbi texnika məhv edilib.

– Ukraynadakı müharibə zamanı Rusiya ordusunun itkiləri ilə bağlı Ukrayna mediasının statistikası (tarix: 24 fevral – 22 iyun 2022):
34230-dan çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
1496 tank, 3614 hərbi maşın, 752 artilleriya qurğusu, 239 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə qurğusu, 216 təyyarə, 182 helikopter, 2543 ağır texnika və yanacaq tankeri, 14 yüngül sürətli qayıq və döyüş gəmisi, 614 PUA məhv edilib.

– Rusiya ordusu Ukraynanın cənubundakı Nikolayev gəmiqayırma zavodunda Ukrayna mövqelərinə 7 raket zərbəsi endirib.
Yerli mənbələrin məlumatına görə, bu raketlərin bir hissəsi Ukrayna hərbi müdafiə sistemləri tərəfindən vurularaq yaşayış məntəqələrinə düşüb.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105Gün 106Gün 107Gün 108Gün 109Gün 110Gün 111Gün 112Gün 113Gün 114Gün 115Gün 116Gün 117Gün 118

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.