Yəməndə baş verən son hadisələr, 22 İyun 2022

Çərşənbə 22 İyun 2022 - 21:21
https://az.iswnews.com/?p=9190

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin işğal olunmuş ərazilərində iqtisadi problemlərin artması və təhlükəsizliyin azalmasının ardınca Ədən əhalisi İbn Şəhr yollarını bağlayıb və bir neçə gün ardıcıl olaraq etirazlarını davam etdirirlər.

1- Ədən:

– Yəmənin işğal olunmuş ərazilərində iqtisadi problemlərin artması və təhlükəsizliyin azalmasının ardınca Ədən əhalisi Kritir və Əl-Mənsurə bölgələrinin yollarını bağlayaraq bir neçə gün ardıcıl olaraq etiraz aksiyalarını davam etdirirlər. Bu etirazlar iyunun 18-dən başlayıb.
– İyunun 16-da Ədənin ətrafındakı Kabota bölgəsində avtomobil yolunda quraşdırılmış bombanın partlaması nəticəsində NHK (Yaponiya Televiziyası) müxbiri Sabir Noman əl-Heydəri həlak olub.

2- Əbyən:

– İstefada olan Yəmən hökuməti Cənub Keçid Şurası silahlılarının qovulmasına nəzarət etmək üçün ordu qüvvələri və İslahat Partiyasının sadiq silahlılarından ibarət qrupları Modia şəhərinə göndərdi.

– Əhur ərazisində istefa vermiş hökumət qüvvələrinə naməlum silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.

3- Şəbvə:
İyunun 18-də Əl-Şəbvaniyyə xüsusi qüvvələri (Cənub Keçid Şurasına bağlı) Xore şəhərinin nəzdində olan Vadi Mədrak bölgəsində Şəbvə Müdafiə Qüvvələri (Şəbvə valisi İvəd bin Əl-Vəzir əl-Avlakinin komandanlığı altında) ilə toqquşdu. İtkilər barədə məlumat verilməyib.

4- Əz-Zale:
Hizamul-Əmni qüvvələri (Cənub Keçid Şurasına bağlı) ilə Əz-Zale qəbilələrinin silahlıları arasında baş verən toqquşmada bir mülki şəxs ölüb, digəri isə yaralanıb.

5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 118 dəfə pozub.

6- “Xalid Əl-Şayif”, ​​Səna Beynəlxalq Hava Limanının direktoru: “Səna hava limanı tam hazırdır və uçuşların gecikməsinə heç bir əsas yoxdur. İordaniyadan uçuş planı var və sabahdan iyulun 1-nə kimi dörd reys planlaşdırılır”.

Daha çox oxuyun:

Yəməndə baş verən son hadisələr, 14 İyun 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir