Raqqada İŞİD ünsürləri tərəfindən 13 suriyalı şəhid edilib

Çərşənbə axşamı, 21 İyun 2022 - 18:22
https://az.iswnews.com/?p=9134

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının ünsürlərinin Raqqanın cənubunda suriyalı əsgərləri və mülki vətəndaşları daşıyan avtobusa edilən hücum nəticəsində ikisi mülki şəxs olmaqla 13 nəfər şəhid olub, üç nəfər yaralanıb.

İyunun 20-də İŞİD ünsürləri ər-Rəssafə şəhərinin kənarındakı Beer-Zəmlə bölgəsində suriyalı əsgərləri və mülki insanları daşıyan avtobusa pusqu quraraq, ikisi mülki olmaqla 13 nəfəri şəhid edib, üç nəfəri yaralayıblar.

Son aylarda ər-Rəssafənin kənarındakı İŞİD sığınacaqları dəfələrlə Rusiya hərbi qırıcıları tərəfindən hədəfə alınıb, lakin dünənki hücum İŞİD-in məxfi ünsürlərinin hələ də bölgədə aktiv olduğunu və ciddi təhlükə yaratdığını göstərir. Həmçinin Suriyanın səhra ərazilərinin təmizlənməsi Suriya ordusu və müttəfiqlərinin komandirlərinin gündəmində olmalı və bu bölgələrdə hava dəstəyi ilə davamlı antiterror əməliyyatları icra olunmalıdır.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.