Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz On Səkkizinci Günü, 21 İyun 2022

Çərşənbə axşamı 21 İyun 2022 - 19:01
https://az.iswnews.com/?p=9115

– Ötən gecə Rusiya ordusu Xarkov şəhərində, Donetskin şimalındakı Audyuka və Drojkivka rayonlarında Ukrayna hərbçilərinin mövqelərinə azı 6 raket zərbəsi endirib.

– Rusiyaya məxsus T-80 və T-62 tanklarının Ukraynanın şərq cəbhələrinə göndərilməsinin videosu.
Son həftələrdə Rusiya Müdafiə Nazirliyi zirehli anbarlarından Ukrayna cəbhələrinə onlarla T-80 və T-62 tankları göndərib və bu videoda görsənənlər göndərilən tankların bir hissəsidir.

– Severodonetsk şəhərində Ukrayna hərbçiləri ilə Rusiya hərbçiləri arasında şiddətli toqquşmalar gedir. Videodakı kadrlara əsasən, toqquşma zamanı bir Ukrayna əsgəri həlak olub, digər ukraynalılar geri çəkilib.
Onlayn xəritədə baxın

– Denpropetrovskdan şimalda, Qobinixa kəndi yaxınlığındakı neft anbarında davam edən yanğının peyk görüntüsü. Üç gün əvvəl (18 iyun) Rusiya ordusu əraziyə bir və ya bir neçə qanadlı raketlə hücum edib.
Qeyd edək ki, Rusiya mətbuatı Denpropetrovsk şəhərinin şimalındakı raket hücumunda 100-dən çox ukraynalı əsgərin öldüyünü və yaralandığını, 30 tankın isə məhv edildiyini iddia etsə də, indiyədək belə iddialara dair heç bir dəlil dərc olunmayıb.
Qobinixa neft anbarının yeri onlayn xəritədə

– Rusiya ordusunun iyunun 18-də Xarkov vilayətinə hücumlarının nəticələrini əks etdirən peyk görüntüsünə əsasən, Xarkovdan cənub-şərqdə Andriyuka şəhərinin kənarında yerləşən Şeblinski qaz emalı zavodunda yanğın davam edir.
Andriyuka şəhəri ilə qarşıdurma xətləri arasında qısa məsafə olduğuna görə, çox güman ki, hücum Rusiya ordusunun çoxsaylı artilleriya və reaktiv sistemləri tərəfindən həyata keçirilib.
Şeblinski fabrikinin onlayn xəritədə yeri

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105Gün 106Gün 107Gün 108Gün 109Gün 110Gün 111Gün 112Gün 113Gün 114Gün 115Gün 116Gün 117

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir