Rusiya ABŞ koalisiyasının Suriyadakı mövqelərinə hava zərbələri endirib!

Bazar ertəsi 20 İyun 2022 - 15:08
https://az.iswnews.com/?p=9093

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ hərbi rəsmilərinin verdiyi məlumata görə, Rusiya ordusu bu ay ABŞ koalisiyasının Suriyadakı mövqelərinə bir neçə hava zərbəsi endirib.

ABŞ hərbi rəsmiləri bildiriblər ki, Rusiya qüvvələri bu ay Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qarşı Suriyanın cənubundakı ət-Tənəf bazasına hücum da daxil olmaqla bir sıra əməliyyatlar edib.

ABŞ komandirləri Rusiyanın hərəkətlərindən narahat olduqlarını bildiriblər, çünki onlar səhv hesablamanın Suriyadakı ABŞ və Rusiya qüvvələri arasında gözlənilməz münaqişəyə çevrilə biləcəyindən ehtiyat edirlər. Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri iki ölkə arasında gərginliyin artdığını və ABŞ-ın Rusiya qüvvələrinə müqavimət göstərmək üçün Ukrayna ordusuna geniş dəstəyini nəzərə alsaq, belə görünür ki, Rusiya tərəfi ABŞ-ı xəbərdar etməyə çalışır ki, müharibənin nəticələri Ukraynadakı müharibədə amerikalıların anti-Rusiya hərəkətləri Suriyada yerləşən Amerika qoşunlarına təsir edə bilər!

Bu il iyunun 16-da Rusiya qırıcıları ət-Tənəf bazasındakı hədəflərə hücum edib. Hücumdan sonra Məqavir əl-Səvra terrorçuları ət-Tənəf bazasındakı qərargahlarının hava hücumları ilə hədəf alındığını elan edən görüntülər yayımlayıb.
Hücumdan əvvəl Rusiya rabitə xətti ilə ABŞ-a Suriya ordusu qüvvələrinə hücuma cavab olaraq hava zərbəsi endirmək niyyətində olduğunu bildirmişdi və bunun da bazada yerləşən əsgər və maşınlara zərər verə biləcəyini söyləmişdir.

“Rusiyanın mesajından qısa müddət sonra və ət-Tənəf bazasındakı hədəflərə hücum etməzdən əvvəl rus qırıcıları, o cümlədən iki Su-35 və bir Su-24 ət-Tənəf bazası üzərində uçdular”, – ABŞ komandirlərindən biri deyib.
Centcom terrorçularının qərargah komandiri general Maykl Erik Korriella Rusiyanın Suriyadakı son hərəkətləri ilə bağlı bildirib ki, Rusiyanın son davranışları təxribat xarakterli və vəziyyəti ağırlaşdırıb. Biz lazımsız münaqişələrə səbəb ola biləcək səhv hesablamalardan və ya hərəkətlərdən uzaq durmağa çalışırıq.

Ət-Tənəf bölgəsinin Rusiya ilə ABŞ arasında gərginliyə səbəb olması ilk dəfə deyil. 2016-cı ildə Rusiya qırıcıları ət-Tənəf bazasını bombalamışdır. Həmin vaxt ABŞ hərbçiləri bazada yerləşməmişdilər və Rusiya ordusunun hücumu zamanı bir neçə terrorçu həlak olmuşdu, lakin eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki F-18 qırıcı təyyarəsi bazada patrulluq edirdi. Rusiya rəsmiləri hücumdan sonra bildirmişdilər ki, rus qırıcıları yalnız terrorçulara hücum etmək niyyətində olublar.
2017-ci ildə general Vladimir Zarodnitski ABŞ hərbi komandirlərini 48 saat ərzində Ət-Tənəf bazasından qoşunlarını çıxarmağa çağırmışdı. ABŞ koalisiyasının baş komandanı general Stiven Taunsend rus komandirinin xəbərdarlığını rədd edib və bir qədər gərginlikdən sonra rus general öz istəyini geri götürmüşdür.

Qeyd edək ki, Amerika mediasının məlumatına görə, 900-ə yaxın amerikalı əsgər Suriyanın müxtəlif bölgələrində terrorla mübarizə bəhanəsi ilə məskunlaşıblar, onlardan 200-ü ət-Tənəf bazasında yerləşir və hətta İŞİD xilafətinin sona çatmasından sonra da bu qüvvələr müxtəlif növ bəhanələr gətirərək bu ölkədə qalıb Suriyanı tərk etmədilər.
Suriyanın cənub-şərqindəki ət-Tənəf bölgəsi illərdir ABŞ qüvvələri tərəfindən işğal olunub və müqavimət qüvvələrinin bölgənin 55 kilometr radiusuna yaxınlaşmasına icazə verilmir. Suriya, İraq və İordaniya arasındakı sərhəd üçbucağında yerləşən ət-Tənəf bazası onu strateji bazaya çevirib və ABŞ rəsmiləri onu asanlıqla itirmək fikrində deyil.

Onlayn xəritədə ət-Tənəf bazasına baxın

Daha çox oxuyun:
Suriyanın cənubundakı Ət-Tənəf Amerika bazasına dron hücumu + FOTO
Əl-Tənəf bazası; Terrorçuların birgə qərargahı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir