İmam Xamenei ilə Qazaxıstan Prezidenti Tokayevin görüşünün təfərrüatı + FOTO

Bazar ertəsi 20 İyun 2022 - 00:23
https://az.iswnews.com/?p=9072

“Əsərləri min il boyu İranda tədqiq edilən və araşdırılan Qazaxıstan əsilli islam filosofu və alimi Farabi, iki ölkə arasında mədəni əməkdaşlıq və ortaq elmi komitənin yaradılmasının bir təməl ola bilər.”

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin khamenei.ir-a istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei dünən (19 iyun) günortadan sonra Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə, İran və Qazaxıstan arasında dərin tarixi və mədəni əlaqələrə toxunaraq, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə regional əməkdaşlığa təkid edib.
İmam Xamenei siyasi və iqtisadi məsələlər üzrə koordinasiyanı əlaqələrin inkişafı üçün zəruri olduğunu qeyd edib və müştərək komissiyanın fəaliyyətə başlamasının vacibliyini vurğulayıb: Hər iki tərəf razılaşmaların təqib edilməsi və onların həyata keçirilməsi üçün səylərini ikiqat artırmalıdır.
İslam İnqilabının Rəhbəri həmçinin İran və Qazaxıstan arasında mədəni əməkdaşlığın genişləndirilməsini vacibliyinə toxunaraq və əlavə edib: Əsərləri min il boyu İranda tədqiq edilən və araşdırılan Qazaxıstan əsilli islam filosofu və alimi Farabi, iki ölkə arasında mədəni əməkdaşlıq və ortaq elmi komitənin yaradılmasının bir təməl ola bilər.
İmam Xamenei Ukrayna ilə bağlı məsələlərə də toxunub: Ukrayna məsələsində əsas problem odur ki, qərblilər NATO-nu genişləndirməyə çalışırlar və imkanları daxilində nüfuz dairələrini genişləndirmək üçün addımlar atırlar.

İnqilab Rəhbəri həmçinin əlavə etdi: “Məsələləri diqqətlə izləmək, araşdırmaq və ehtiyatlı olmaq lazımdır. Çünki amerikalılar və qərblilər daim müxtəlif regionlarda, o cümlədən Şərqi və Qərbi Asiyada öz təsir dairələrini genişləndirməyə, dövlətlərin müstəqilliyinə və suverenliyinə zərbə vurmağa çalışırlar”.

İran İR Prezidenti Ayətullah Rəisinin də iştirak etdiyi bu görüşdə Qazaxıstan Prezidenti Qasim-Comərd Tokayev dedi: Cənab Rəisi ilə çox yaxşı danışıqlarımız oldu və hər iki tərəfin imzaladığı sənədlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük şərait yarada bilər.
Qazaxıstan prezidenti İran və Qazaxıstan arasında tarixi və mədəni sahələrdə müştərək cəhətlərin dərinliyinə də toxundu. Eyni zamanda Ali Rəhbərin Farabi ilə bağlı elmi komitənin yaradılması təklifini alqışlayıb, regional məsələlər və Ukraynadakı vəziyyətlə bağlı fikirlərini bildirib. O, həmçinin son uğursuz çevriliş cəhdindən sonra ölkəsindəki vəziyyəti izah edib.

Daha çox oxuyun:

Qazaxıstan prezidentinə sui-qəsd planında İsrail ifşa olundu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir