İslamçı məhbusların aclıq aksiyasının fonunda baş verənlər

Bazar 19 İyun 2022 - 09:44
https://az.iswnews.com/?p=9015

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə artıq Azərbaycanda 13 islamçı siyasi məhbusunun aclıq aksiyası 19 iyun bazar günü 16-ci gününə qədəm qoyub. Bu aksiyaya əsasən İran, Rusiya, Azərbaycan və Gürcüstandan dəstəklər gəlməkdədir.

Təbrizdə aksiya
Təbriz universitetlərinin bir qrup tələbəsi iyunun 15-də axşam saatlarında bu şəhərin Vəli-əsr xiyabanında Azərbaycanın İrandakı baş konsulluğunun qarşısına toplaşıb. İştirakçılar Azərbaycan Respublikası həbsxanalarında İslam müqəddəslərinə olan təhqirlərə öz etirazlarını bildirib və bu ölkənin həbsxanalarından islamçı fəalların azad edilməsini tələb ediblər.

Tehranda aksiya
Çərşənbə günü, iyunun 16-da Tehranın Pasdaran küçəsində yerləşən Azərbaycan səfirliyi qarşısında universitet tələbələri tərəfindən Azərbaycan həbsxanalarında Allahın təhqir olunmasına etiraz olaraq aksiya keçirilib. Aksiya zamanı İsrail əleyhinə şüarlar səsləndirilib və Azərbaycan dövlət rəsmilərinin sionist ideologiyası əsasında rəftarlarını ittiham edib.

Qumda aksiya
Qumda yaşayan bir qrup iranlı tələbələr də cümə axşamı, iyunun 16-da İran İR Xarici İşlər Nazirliyinin Qum şəhərindəki ofisinin qarşısına toplaşıblar. İştirakçılar İran İslam Respublikası hökumətini bu məsələ ilə bağlı daha ciddi addımlar atmağa çağırıblar.

Xürrəmabadda aksiyası

Cümə günü iyunun 17-də İranın İR Lorestan əyalətinin Xürrəmabad şəhərində, Azərbaycanda Allahın təhqir olunmasına görə cümə namazından sonra böyük etiraz aksiyası keçirilib. Bu aksiya Xürrəmabad şəhər əhalisi tərəfindən təşkil olunub.
Etiraz aksiyasında iştirak edən şəhər əhalisi Hacı Tale Bağırzadəyə öz dəstəyini nümayiş etdirərək, əllərində Hacı Taleyin şəkilləri və Hüseyniyyun Azərbaycan müqavimət hərəkatının bayraqları ilə “Ölüm olsun Amerikaya! Ölüm olsun israilə!” şüarları səsləndiriblər.

Rusiyada aksiyası

Rusiyada yaşayan bir qrup inanclı, Azərbaycanın Moskvadakı səfirliyinin önünə toplaşaraq Azərbaycanda təhlükəsizlik işçiləri tərəfindən Allahın təhqir olunmasına etiraz edib və Tale Bağırzadənin aclıq aksiyasına dəstək olduqlarını bildiriblər. Eyni zamanda bununla bağlı yazdıqları bəyanatı Azərbaycanın səfirliyinə təqdim ediblər.

İran İR elmiyyə hövzəsinin reaksiyası

İran İR Elmiyyə Hövzələrinin rəisi Ayətullah Əlirza Ərafi bu gün Əz-Zəhra (sa) Universitetinin tədbir salonunda keçirilən “Səmavi İncəsənət” festivalının xitam mərasimində, Azərbaycanda həbs olunmuş ruhani və dindarların başlatdığı aclıq aksiyasına toxunaraq dedi: “Bəzi əziz dostlarımız olan dini liderlər, ruhanilər və tələbələr, o cümlədən cənab Şeyx Tale Bağırzadə Azərbaycan Respublikasında həbsdədirlər. Son günlərdə cənab Şeyx Tale və bəzi əzizlərimiz, orada müqəddəslərə olan təhqirlərə görə ağır aclıq aksiyasına başlayıblar. Azərbaycan hökumətinin bu hisslərə diqqət yetirməsini istəyirik. Qum və bütün İran İR hövzələri, eyni zamanda İslam ümməti, müqəddəslərə olunan bu hörmətsizliyə görə üzr istənilməsini gözləyir.”

Bakı və Biləsuvarda qadınların etiraz aksiyası
Çərşənbə axşamı, iyunun 15-də Bakıda və cümə günü iyunun 17-də Biləsuvar rayonunda bir qrup inanclı qadın hökumət rəsmilərindən İslam müqəddəslərinə hörmət etməyi tələb edərək yürüş keçirib. Hər iki şəhərdə polis aksiyanı dayandırıb.

Hacı Tale Bağırzadənin etiraz aksiyasına dəvəti

Tale Bağerzadə aclıq aksiyasında israr etməkdə davam edir və həyat yoldaşı Leyla İsmayılzadə ilə telefon danışığı zamanı həbsxananın içindən mesaj verib. O bu mesajda aclıq aksiyasının dayandırmağını istəyənlərdən Bakıda Prezident aparatı qarşısında dinc aksiya keçirməyə çağırıb. Tale Bağırzadə bildirib ki, aclıq aksiyasına son qoymağın yeganə yolu Allahı təhqir edənlər polis işçilərinin mühakimə edilməsidir.

Daha çox oxuyun:

Ayətullah Ərafi Azərbaycan hakimiyyətinə səsləndi – Üzr istəyin!

Azərbaycanlı din xadimi Taleh Bağırzadənin aclıq aksiyasının gizli məqamları

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gürcüstanın Marneuli şəhərinə səfəri ilə əlaqəli etiraz aksiyası keçirilib + VİDEO və FOTO

Taleh Bağırzadə aclıq aksiyasına başlayıb – Dəstəyimizi bildiririk!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir