Fələstin müqaviməti ilə sionist rejim arasında qarşıdurma ilə bağlı son xəbərlər, 18 İyun 2022

Şənbə, 18 İyun 2022 - 23:59
https://az.iswnews.com/?p=9005

Fələstin müqavimət dəstələri ilə sionist rejim arasında toqquşmaların aktual xəbərlərini buradan oxuyun.

04:20 – Qəzza zolağından işğal olunmuş ərazilərə raket atəşi.

04:21 – Qəzza zolağından atılan raketin qarşısını almaq üçün İsrail ordusunun “Dəmir Qübbə” sisteminin işə düşməsi.

İsrail ordusunun “Dəmir Qübbə” sisteminin işə düşməsi və Qəzza zolağından atılan raketin tutulması anı

04:43 – İşğal olunmuş Fələstinin Əsqalan şəhərində həyəcan siqnalının işə düşməsi.

08:00 – İsrail qırıcı təyyarələri bu gün səhər Qəzzanın mərkəzindəki Səlahəddin bazasına 7 raket zərbəsi endirib.
İsrail ordusunun bəyanatına görə, hücum Qəzza zolağından işğal altındakı Əsqalan şəhərinə atılan raketə cavab olaraq həyata keçirilib.

Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan əl-Qassam taborlarına məxsus Səlahəddin bazasına İsrail hava hücumunun videosu. (1)
Fələstinin HƏMAS hərəkatının hərbi qolu olan əl-Qassam taborlarına məxsus Səlahəddin bazasına İsrail hava hücumunun videosu. (2)

08:33 – İsrail ordusuna məxsus dron Qəzzanın Əl-Zeytun məhəlləsindəki hədəflərə zərbələr endirib.

08:57 – İsrail ordusuna məxsus dron Qəzzanın Əl-Zeytun məhəlləsindəki hədəflərə yenidən hücum edib.

09:05 – İsrail ordusu tərəfindən Qəzza zolağının şimalında Fələstin müqavimətinin müşahidə qülləsinə dron zərbəsi.

Fələstin Müqaviməti Gözətçi Qülləsinin Qəzza zolağının şimalında İsrail ordusu tərəfindən hədəfə alındığı an (2)
İsrail ordusunun Qəzza zolağının şimalında Fələstin Müqavimətinin müşahidə qülləsinə hücumundan əvvəl və sonrakı fotosu

09:20 – İsrail hava qüvvələri Beyt-Lahianın şimalında Fələstin müqavimət bazasına zərbə endirib.

10:20 – HƏMAS İslami Müqavimət Hərəkatının sözçüsü Hazim Qasim İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq deyib: Cənində baş verən son hadisə üç müqavimət döyüşçüsünün şəhid olmasına səbəb olub.
Sionist düşmən uğursuz cəhdlə bu cinayətlər vasitəsilə işğal olunmuş ərazilərdə Fələstinin müqavimət əməliyyatlarının genişlənməsini dayandırmağa çalışır.
Fələstin müqaviməti bütün torpaqlarda Fələstin xalqının qalxanı və düşmənə zərbə endirmək üçün qılınc olmağa davam edəcək.Bu cinayətlərə baxmayaraq Fələstin xalqının işğalçı rejimə qarşı qanuni mübarizəsi bu torpaqların azad edilməsinə və müstəqilliyinə qədər davam edəcək.

10:59 – İsrail ordusu Qəzza zolağının şimalında Fələstin müqavimətinin müşahidə qülləsinə olunan hücumun videosunu yayıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.