Kabildə Əfqanıstan hindularının məbədində terror aktı + FOTO və VİDEO

Şənbə, 18 İyun 2022 - 22:38
https://az.iswnews.com/?p=8979

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə əfqan hindularının dini mərasimində naməlum silahlı şəxslərin partlayış və terror aktı nəticəsində bir hindu azlığı və bir Taliban yaraqlısı öldürülüb, daha 7 mülki şəxs yaralanıb. Ümumiıikdə 12 nəfər ölüb və yaralanıb.

Həmçinin, bu terror hücumunun bütün hücumçuları (ehtimal ki, üç nəfər) Taliban yaraqlıları tərəfindən öldürülüb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin İŞİD-in Əfqanıstanın hindu və sikx azlıqlarının yerləri və yığıncaqlarına əvvəlki hücumlarını nəzərə alsaq, hücum bu terror qruplaşmasının üzvləri tərəfindən həyata keçiriləcəyini ehtimal vermək olar.
Qeyd edək ki, Əfqanıstanda 1970-ci ilə qədər sikx və hinduların əhalisi təxminən 100 min nəfər olub və Cəlalabad, Qəzni və Kabil şəhərlərində yaşayırdılar. Amma Əfqanıstanda vətəndaş müharibəsinin başlaması ilə onların əksəriyyəti Hindistan və digər ölkələrə miqrasiya edib və Taliban hakimiyyətə gələnə qədər onların əhalisi minə yaxın olub. Yeni təhdidlər dalğaları ilə bu insanların əksəriyyəti də miqrasiya edib və Sikx azlıqlarının liderlərinin bildirdiyinə görə, Əfqanıstan daxilində yalnız 140 hindu və sikx qalıb.

Daha çox oxuyun:

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 21 May 2022

Video №1: Hindu məbədində partlayış və terror hücumu
Video № 2: Hindu məbədinə terror hücumu
Video № 3: Hindu məbədi terror hücumundan sonra
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.