Suriyada baş verən son hadisələr, 18 İyun 2022

Şənbə, 18 İyun 2022 - 19:52
https://az.iswnews.com/?p=8972

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin dəstəklədiyi terrorçular Təl Təmər şəhərinin ətrafındakı Təl Təvil kəndini artilleriya ilə hədəfə alıblar.

1- Hələb:

– İyunun 17-də Təl-Rəəfət şəhəri ətrafı Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya ilə hədəfə alınıb.

– İyunun 17-də Şəhba rayonunun Şeyx İsa kəndi Türkiyənin dəstəklədiyi terrorçular tırəfindən artilleriya ilə hədəfə alınıb.

– İyunun 18-də Əhrar əş-Şam terrorçuları əl-Babın kənarındakı Əblə və Təl Batal kəndlərində əl-Cəbhə əl-Şamiyyə terrorçuları ilə toqquşub.

2- İdlib:
İyunun 15-də Suriya ordusu Bənin qəsəbəsi və Flifil kəndinin ətrafındakı terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.

3- Dəraa:

– İyunun 15-də Şeyx Miskin şəhərində keçmiş terrorçu qüvvələrin üzvü naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

– İyunun 15-də Əl-Cizə məntəqəsində keçmiş terrorçu qüvvələrin üzvü naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr az-zor:
İyunun 18-də ət-Tibni qəsəbəsi yaxınlığında Suriya ordusuna məxsus avtomobilin yolunda yol kənarına yerləşdirilmiş bomba partladılıb. İtkilər barədə məlumat verilmir.

5- Raqqa:
İyunun 17-də naməlum şəxslərin Raqqanın şərqindəki əl-Kəramə bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilə hücumu nəticəsində bir SDQ komandiri həlak olub.

6- Həsəkə:

– İyunun 18-də Türkiyənin dəstəklədiyi terrorçular Təl-Təmər şəhərinin ətrafındakı Təl Təvil kəndini artilleriya ilə hədəfə alıblar.

– İyunun 18-də Türkiyənin dəstəklədiyi terrorçular Həsəkənin şimalındakı Əbu Rassin şəhəri ətrafını artilleriya ilə hədəfə alıblar.

– İyunun 17-də Daxili Təhlükəsizlik Qüvvələri (YPG) Əl-Hul düşərgəsində iki qadının cəsədini tapıblar.

7- Həma:
İyunun 16-da Suriya ordusu qüvvələri Səhl əl-Ğabın Əl-Qahirə kəndində bir avtomobili tank əleyhinə idarə olunan raketlə hədəfə alıb. Daha ətraflı məlumat verilməyib.

8- Dəməşq:
İyunun 15-də Suriya ordusunun üzvü Qudsia qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

9- Homs:

– İyunun 15-də Suriya ordusunun əsgəri Tedmor səhrasında minaya düşərək şəhid olub.

– İyunun 16-da Suriya, İraq və İordaniya arasında sərhəd üçbucağında yerləşən Əl-Tənəf bölgəsində Məqavir əl-Səvra terrorçularının mövqeləri dron hücumuna məruz qalıb.

– İyunun 16-da Homsun şimalında bombanın zərərsizləşdirilməsi zamanı Suriya Ordusu Mühəndislik Birliyinin 3 üzvü şəhid olub, daha 7 nəfər yaralanıb.

10- İyunun 16-da Türkiyə Müdafiə Nazirliyi Sülh Bulağı və Fərat Qalxanı əməliyyatları bölgələrində dörd kürd silahlısının öldürüldüyünü açıqladı.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.