Şimali İraqdakı Türkiyə hərbi bazasına raket hücumu

Şənbə, 18 İyun 2022 - 02:06
https://az.iswnews.com/?p=8957

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin İraqın şimalındakı Neynəva əyalətinin Zelkan bölgəsindəki hərbi bazası naməlum şəxslər tərəfindən atılan raketlə hədəfə alınıb.

İyunun 17-də Türkiyə ordusunun Mosulun şimalında, Zelkan bölgəsində yerləşən Bəəşiqə hərbi bazası beş Qrad raketi ilə hədəfə alınıb. Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb və heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bəzi mənbələr hücumun Türkiyə ordusuna aid dronun İraqın Neynəva əyalətinin Sincar şəhərinin Senuni bölgəsinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyini iddia edib.
Qeyd edək ki, iyunun 15-də Türkiyə ordusuna məxsus dronun Senuni bölgəsini hədəf alması nəticəsində 12 yaşlı uşaq da daxil olmaqla 4 nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdır.

Daha çox oxuyun: Türkiyənin Sincara dron hücumu

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına əsasən, bu, cari ilin 21 mart tarixindən bəri Bəəşiqə hərbi bazasına səkkizinci raket hücumudur.

Həmçinin iyunun 9-da Türkiyə ordusunun Bəəşiqə bazası bir neçə raketlə hədəfə alınmışdır.

Daha çox oxuyun: İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.