Müqtəda Sədr İraq siyasi arenasını tərk edir!

Şənbə 18 İyun 2022 - 01:35
https://az.iswnews.com/?p=8951

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, İraq parlamentindəki Sədr fraksiyasının üzvlərinin istefasından sonra Sədr hərəkatının lideri İraqdakı siyasi arenadan çəkildiyini açıqlayıb.

İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi Sədr fraksiyasının üzvlərinin istefa ərizəsini qəbul etdikdən bir neçə gün sonra Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr siyasi arenadan çəkildiyini açıqlayıb.

Müqtəda əs-Sədr Nəcəf Əşrəfdə Sədr fraksiyasının üzvləri ilə görüşdə deyib: “Biz bir-birimizlə vidalaşmadan və mövqeyinizə və birliyinizə görə sizə təşəkkür etməzdən əvvəl sizə bir şey haqqında məlumat vermək istərdim. İstər dünyada, istərsə də axirətdə heç bir şəraitdə korrupsionerlərlə qarşılaşmamaq üçün siyasi cərəyanlardan ayrılmaq qərarına gəldim. Sizə demək istəyirəm ki, mən növbəti seçkilərdə korrupsionerlərlə iştirak etməyəcəyəm. Bu, mənimlə Allah arasında və mənimlə sizin aranızda bağlanmış əhddir, illa ki, Allah fəsad törədənləri və İraqı talayanların hamısını məhv edə.
Müqtəda əs-Sədr öz fraksiyasının üzvlərinə xitabən deyib: “Qardaşlar və bacılar, əgər növbəti seçkilərdə iştirak etsəniz, fəal olun və siyasi, ideoloji, hüquqi və parlamentdə birliyinizi qoruyun.”
Bununla bağlı Sədr hərəkatının siyasi bürosunun rəhbəri Əhməd əl-Mütairi verdiyi açıqlamada bu hərəkatın lideri Müqtəda əs-Sədrin siyasətdən getdiyini açıqlayıb.

Qeyd edək ki, İraqın yeni hökumətinin formalaşmasında Sədr fraksiyasının uğursuzluğa düçar olmasından sonra iyunun 11-də Sədr fraksiyasının lideri Müqtəda Sədr İraqdakı Sədr fraksiyasının rəhbəri Həsən əl-Azəridən üzvlərin parlamentdə, istefalarını təqdim etmələrini istəmişdi. İraq parlamentinin sədri Məhəmməd əl-Həlbusi Sədr fraksiyasının üzvlərinin istefa ərizəsini imzaladıqdan sonra Sədr fraksiyasının üzvlərinin tələbinə könülsüz razılıq vermişdir.

Daha çox oxuyun:

İraq parlamentindəki Sədr fraksiya nümayəndələrinin istefası!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir