Türkiyənin Suriya, İraq və İran üçün su elektrik stansiyası tikintisinin mənfi nəticələri

Bazar, 6 Fevral 2022 - 19:46
https://az.iswnews.com/?p=895

Birinci hissə: Suriya

Türkiyəyə bağlı silahlı qrup Əl-Ceyş əl-Vətəni əl-Suri (Suriya Milli Ordusu) Həsəkə şəhərindən 80 km aralıda ən azı üç su elektrik stansiyası (SES) tikərək, kürdlərin nəzarətində olan Xabur çayına çıxışı kəsib.

2019-cu ilin oktyabr ayında Əl-Ceyş əl-Vətəni əl-Suri 20-dən çox Əluk su stansiyasından Təll-Təmər və Hasəkəyə gedən su axınını dəfələrlə bağladı və bir milyona yaxın insanı sudan məhrum etdi. Bu günlərdə həmin silahlı qruplaşma Həsəkə şəhərindən 80 km aralıda yerləşən Xabur çayının su axınını 3 SES tikərək tamamilə kəsiblər.

Xabur çayı Fəratın qərb sahilində, Həsəkə və Deyr əz-Zor əyalətlərində axan ən mühüm çaydır. Bu çay Suriyada “Fərat” və “Nəhr əl-Asi”dən sonra üçüncü ən mühüm çaydır və uzunluğu təxminən 430 km, eni isə 28-50 metrdir.

SES-in tikintisi və onun kəndlər əhalisi həyatlarına mənfi təsirləri

Şiddətli quraqlıq və yüksək dizel qiymətləri bir çox əkinçilərə öz su nasoslarını işlətməyə mane olan zaman su kəsilməsi baş verdi. Bu ərazidəki əkinçilik sahələrini su nasosu olmadan suvarmaq mümkün olmadığından onlar istifadəsiz qalıb. Peyk görüntüləri göstərir ki, Əl-Ceyş əl-Vətəni əl-Suri ərazisində Xabur çayı boyunca üç SES tikilib. Birinci SES 2021-ci il mayın 22-də Təll əl-Əsafir kəndinin cənubunda, ikinci SES 27 may 2021-ci ildə Əl-Səfəh şəhərindən 8 km şimalda, üçüncü SES isə cəmi bir neçə yüz metr birinci SES-dən şimalda Əl-Mənacir şəhərində 1 iyun 2021-ci ildə tikilib. 2021-ci ilin may ayının sonundan oktyabrın əvvəlinə kimi çay suyunun axını dayanmışdır. Çayın, ən cənub SES-ın dan çayın cənub hissəsinə tərəf, çay sahilində 60 kənd və yaxınlıqdakı 20-dən çox kəndin (təxminən 4 km-ə qədər) suya ciddi ehtiyacı var.

Xabur çayının üzərində Əl-Səfəh, Əl-Mənacir və Təll əl-Əsafir SES-ləri

Xabur çayının üzərində SES-lərin tikintisi

2021-ci il may ayının sonlarında “Təll əl-Əsafir”də ən cənub SES-in tikintisi çayın təxminən 80 km-nin bağlanmasına və Xabur çayı əhalisinin suya çıxışının qarşısının alınmasına səbəb oldu. Daha sonra Əl-Səfəhdə inşa edilən SES cənubdakı su tıxanmasına daha 20 km əlavə etdi və tıxanmış su axını 110 km oldu. Ümumilikdə demək olar ki, Türkiyə ilə Həsəkə arasında Xabur çayının su axınının 53,7%-i bağlandı.

Xabur çayının üzərində SES tikintisi

Peyk məlumatlarına görə, həmin ərazilərdə əhalinin sıx məskunlaşdığı 138 rayon, kənd və şəhər var. Bu yerlərdən çaydan yuxarıda yerləşən 46 kənd (33%) düzənliy sahəsi hesab olunur. Digər 84 sahə (66%) isə çayın maneələr səbəbindən suya çıxışı az olan hissəsindədir. Sadəcə olaraq, düzənliyin sıx məskunlaşdığı ərazilərə nəzər saldıqda 31 sahədə (53%) suya çıxış var, 58 sahədə (65%) isə axar su yoxdur və ya bu ərazilər çayın məcrasında deyil.

Hazırda bu kəndlərin əhalisindən dəqiq statistika yoxdur. Bununla belə, 2019-cu ildə Türkiyənin hücumlarından sonra bəzi kiçik kəndlərin boşaldıldığına, digərlərinin isə təhlükə riskləri ilə üzləşməyə davam etdiyinə dair sübutlar var.

Beynəlxalq İnsan Hüquqlarının pozulması

Suriya tarixinin ən quraq yayı zamanı Xabur çayının Əl-Ceyş əl-Vətəni əl-Suri tərəfindən bağlanması çay boyu sakinlər üçün çox böyük çətinliklərə səbəb oldu. 84-dən çox şəhər və kəndin suya çıxışı olmadığı üçün minlərlə ev və kənd təsərrüfatı üçün su əldə etməkdə çətinlik çəkirdilər. Ona görə də bu su sıxıntısı dinc əhaliyə ziyan vuran qeyri-insani bir hərəkət idi.

Əl-Nəşvə – Xabur çayının cənub hissəsi – 10 oktyabr 2021 – Abdullah Məhəmməd tərəfindən çəkilib

II hissə: İraq

Türkiyə kənd təsərrüfatını və su elektrik stansiyalarını su ilə təmin etmək üçün iri miqyaslı SES-lər tikdiyi halda, bu qıtlığın ən ağır yükünü qonşuları çəkir. İraq isə Türkiyə SES-lərinin yaratdığı quraqlıq və su çatışmazlığından ən çox əziyyət çəkən ölkələrdəndir.

İlisu SES-nin tikintisi və onun İİR-na təsiri

İlisu SES-i Türkiyənin cənub-şərqindəki Mardin vilayətində Dəclə çayı üzərində tikilib. Bu SES-in tutumu 43 milyard kubmetrdir və İrandakı Kərxe SES-in dən 3 dəfə çoxdur. Bu SES-in tikintisi ilə “Dəclə” suyunun 56%-nin İran və İraqa daxil olmasının qarşısı alınıb. Nəticədə, İlisu SES-nin tikintisi ilə Hur əl-Əzim bataqlığının qaçılmaz məhvi və İranda böyük ekoloji fəlakət baş verəcək.

İlisu SES-i

Türkiyə SES tikintisinin İraqa mənfi təsirləri

İraqın Əl-Həmra kəndi ətrafında əvvəllər ferma və bağ olan ərazi bir neçə il ərzində səhraya, çay yatağı isə quru çuxura çevrilib. 2019-cu ildə 21 mindən çox insan suya çıxışın olmaması səbəbindən mərkəzi və cənubi əyalətlərdən didərgin düşüb. Su çatışmazlığı səbəbindən insanların sürgün olması riski yüksək olaraq qalır və İraqda su böhranının davam edəcəyi gözlənilir.

İraqın Bici şəhəri yaxınlığındakı kənd təsərrüfatı torpaqları

Yağışın olmamasına baxmayaraq, iqlim dəyişikliyi, isti hava şəraiti və İŞİD-in İraqın su və elektrik infrastrukturunu məhv etdiyi üçün təxribat xarakterli hərəkətləri səbəbindən, Türkiyənin İraqın Kürdüstan bölgəsində suyu kəsməsi İraqın su böhranının əsas səbəblərindən biridir.

İqlim dəyişikliyi İraqda səhralaşma və quraqlığın səbəblərindən biridir. Dəclə və Fərat çaylarının tükənməsi bunu daha da artırıb. Amma bütün bunlara baxmayaraq, İraqı qidalandıran bu iki çayda suyun səviyyəsinin azalması qismən də Türkiyənin SES tikməsi ilə bağlıdır. İraqda su qıtlığına və ya susuzluğa əhəmiyyətli dərəcədə təsir edən amillərdən biri, hələ də kütləvi və bir neçə il boyu davam edən inkişaf etmiş Türkiyənin “Böyük Anadolu Layihəsi” və ya “Gap Layihəsi”dir. Bu layihələr Dəclə və Fərat çayları üzəri və kənarında 22 SES və 19 elektrik stansiyasından ibarətdir.

Gap layihəsi

Türkiyənin etmək istədiyi fəaliyyətləri “Gap” layihəsində anlamaq olar. Gap layihəsi, iqtisadi inkişaf üçün Dəclə və Fəratın yuxarı hissəsində 1998-ci ildə 22 SES, 19 elektrik stansiyası və yüzlərlə kilometr suvarma kanalının tikintisi ilə başlayan Anadolu Layihəsi kimi tanınan türkcə Güneydoğu Anadolu Projesi dir.

Gap layihəsinin həyata keçirilməsindən sonra Dəclə və Fərat sularının tükənməsi İraq və Suriyanın ekoloji təhlükəsizliyinə böyük ziyan vurub. Son bir neçə ildə Gap layihəsinin həyata keçirilməsi İraq və Suriyada toz istehsalı, suyun çirklənməsi, səhralaşmanın artması, torpağın şoranlaşması, bataqlıq quraqlıqları və s. daxil olmaqla, dağıdıcı ekoloji nəticələrə səbəb olmuşdur. Xüsusilə 2018-ci ilin yayında su səviyyəsinin aşağı düşmə və çirklənməsi Fərat çayında minlərlə balığın ölümünə səbəb oldu və sonrakı illərdə su qıtlığı bütün ölkədə sosial narazılıqların və xalq etirazlarının əsas səbəbi oldu.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.